Ən çox mənfi xəbər “Bakcell”in ünvanınadır…

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi mobil operatorlarla bağlı iyul ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 1041 xəbər yerləşdirilib. Bunlardan 29-u mənfi,1012-si isə neytral xəbərlərdir.

Mənfi xəbərlər:  BakCELL (11 xəbər – Bakcell-in abunəçilərə qurduğu yeni tələ – fotofakt). AzerCELL (10 xəbər – Azərcell abunəçilərinin hüquqlarını pozur), Nar Mobile (8 xəbər – Azərfon MMC-də maliyyə fırıldaqları – araşdırma)

Xəbər sayına görə sıralama:

  1. AzerCELL                                                                            464  xəbər
  2. BakCELL                                                                             485  xəbər
  3. Nar Mobile                                                                            83 xəbər
  4. NaxTel                                                                                  9   xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 181 neytral xəbər dərc edilib.

Xəbər sayına görə sıralama:

  1. AzerCELL                                                                            87 xəbər
  2. BakCELL                                                                             87  xəbər
  1. Nar Mobile                                                                             6  xəbər
  2. NaxTel                                                                                    1 xəbər

İyul ayında televiziya kanallarında mobil operatorlarla bağlı xəbər göstərilməib.

İyul ayında radio kanallarında mobil operatorlarla bağlı xəbər yayımlanmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button