Ən çox şikayət olunan nazirlik

Mənfi xəbərlərdə “lider” olan nazirlik:          Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Müsbət xəbərlərdə lider olan nazirlik:           Daxili İşlər Nazirliyi olub

***

Televiziya kanallarında ən çox xəbər göstərilən                    Gənclər və İdman Nazirliyi Qəzet və jurnallarda ən çox yazı dərc olunan                                            Daxili İşlər Nazirliyi

Sayt və portallarda haqqında ən çox məlumat yayımlanan   Daxili İşlər Nazirliyi

Radio kanallarında haqqında ən çox danışılan                     Dövlət Gömrük Komitəsi olub.

***

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi nazirliklərlə bağlı iyul ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklərlə əlaqəli 62899 xəbər yerləşdirilib. Bunlardan 60702-si neytral, 335-i mənfi, 1862-si isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (130 xəbər – nazirlikdə nöqsanlar aşkarlandı), Vergilər Nazirliyi (51 xəbər – Abbas Bağırovdan nazirliklə bağlı prezidentə müraciət), Maliyyə Nazirliyi (51 xəbər – Cahangir Hacıyevin bacısından Samir Şərifova qarşı ittihamlar – prezidentə müraciəti).

Müsbət xəbərlər arasında liderlər: Daxili İşlər Nazirliyi (1041 xəbər – qanunsuzluqlar aşkar edib), Fövqəladə Hallar Nazirliyi (320 xəbər – dənizdə batan şəxs xilas edildi), Kənd Təsərrüfatı Nazirliyi (278 xəbər – Tərtərdə aşkarlanan at cəmdəkləri zərərsizləşdirildi).

Xəbər sayına görə sıralama:

 

  1. Daxili İşlər Nazirliyi 10661 xəbər
  2. Müdafiə Nazirliyi 7516  xəbər
  3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5909 xəbər
  4. Fövqəladə Hallar Nazirliyi 5546 xəbər
  5. Səhiyyə Nazirliyi 4071 xəbər
  6. Maliyyə Nazirliyi                                                      3332 xəbər
  7. Təhsil Nazirliyi                                                                     3326 xəbər
  8. Ədliyyə Nazirliyi                                                       3057 xəbər
  9. Mədəniyyət və Turizm Nazirliyi                                2980 xəbər
  10. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi                      2581 xəbər

 

 

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 5535 xəbər dərc edilib.Bu xəbərlərdən 5488 xəbər neytral, 47-si isə müsbət xəbərdir.

Yazılı mətbuatda (qəzet və jurnallarda) müsbət xəbərlər arasında lider: Daxili İşlər Nazirliyi (30 xəbər – qanunsuzluqlar aşkar edib), Kənd Təsərrüfatı Nazirliyi (14 xəbər – Meşədə qanunsuz at kəsimi aşkarlanıb), Ədliyyə Nazirliyi (3 xəbər – külli miqdarda zərgərlik məmulatları aşkar edilib).

Xəbər sayına görə sıralama:

 

  1. Daxili İşlər Nazirliyi                                       777 xəbər
  2. Mədəniyyət və Turizm Nazirliyi                    484 xəbər
  3. Müdafiə Nazirliyi                                          410 xəbər
  4. Təhsil Nazirliyi                                                          387 xəbər
  5. Səhiyyə Nazirliyi                                            377 xəbər
  6. Ekologiya və Təbii Sərvətlər Nazirliyi                       368 xəbər
  7. İqtisadiyyat Nazirliyi                                      355 xəbər
  8. Maliyyə Nazirliyi                                           329 xəbər
  9. Ədliyyə Nazirliyi                                            326 xəbər
  10. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi            320 xəbər

 

 

İyul ayında televiziya kanallarında nazirliklər haqqında 2045 xəbər göstərilib. Bu xəbərlərdən 2038 xəbər neytral, 7 xəbər müsbətdir.

Televiziya kanallarında nazirliklər haqqında müsbət xəbərlər: Daxili İşlər Nazirliyi (6 xəbər – qanunsuzluqlar aşkar edib), Kənd Təsərrüfatı Nazirliyi (1 xəbər – Türkiyədən ölkəmizə gətirilən yumurtada virus aşkar edilib)

Xəbər sayına görə sıralama:

  1. Gənclər və İdman Nazirliyi 293 xəbər
  2. Təhsil Nazirliyi 289 xəbər
  3. Mədəniyyət və Turizm Nazirliyi 233 xəbər
  4. Fövqəladə Hallar Nazirliyi 185 xəbər
  5. Xarici İşlər Nazirliyi 153 xəbər
  6. Kənd Təsərrüfatı Nazirliyi 149 xəbər
  7. İqtisadiyyat Nazirliyi 100 xəbər
  8. Daxili İşlər Nazirliyi 98 xəbər
  9. Səhiyyə Nazirliyi 98 xəbər
  10. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 95 xəbər

İyul ayında radio  kanallarında nazirliklər haqqında 280 xəbər yayımlanıb. Bu xəbərlərdən 276 xəbər neytral, 4 xəbər müsbətdir.

Radio kanallarında nazirliklər haqqında müsbət xəbərlər: Daxili İşlər Nazirliyi (2 xəbər – qanunsuzluqlar aşkar edib), Kənd Təsərrüfatı Nazirliyi (2 xəbər – Azərbaycana gətirilən bir ton avokadoda xəstəlik aşkarlanıb)

Xəbər sayına görə sıralama:

  1. Daxili İşlər Nazirliyi 53 xəbər
  2. Xarici İşlər Nazirliyi 50 xəbər
  3. Fövqəladə Hallar Nazirliyi 48 xəbər
  4. Təhsil Nazirliyi 46 xəbər
  5. Müdafiə Sənayesi Nazirliyi 17 xəbər
  6. Müdafiə Nazirliyi 15 xəbər
  7. Gənclər və İdman Nazirliyi 13 xəbər
  8. Səhiyyə Nazirliyi 9 xəbər
  9. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 xəbər
  10. Kənd Təsərrüfatı Nazirliyi 5 xəbər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button