Ərdoğan korrupsiyada günahı sübut olunacağı təqdirdə istefaya hazır olduğunu bildirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətdən olan Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıcdaroğlunun onun korrupsiyada günahını və xarici bankda hesabının olduğunu sübut edəcəyi təqdirdə istefa verməyə hazır olduğunu bildirib.

Xural.com musavat.com-a istinadən xəbər verir ki, o bunu yerli NTV telekanalının efirində deyib.

“O, (Kılıcdaroğlu) hətta ən sadə əsas belə gətirmədən, mən və mənim ailəm haqqında yalan danışır. Ərdoğanın xarici bankda hesabının olduğunu sübut edin, əgər bunu edə bilmirsinizsə, siyasətdən rədd olun. Əgər sübut etsəniz mən həm prezident postumu, həm də siyasəti tərk edəcəyəm”, — deyə Ərdoğan əlavə edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button