Ərdoğan NATO-nu ittiham etdi

“Ey, NATO, siz müttəfiqlərinizdən birinin sərhədinə təcavüz edənlərə qarşı mübarizə aparmağa borclusunuz”.

Bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi siyasi təşkilatın parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

Dövlət başçısı NATO-nu ciddi tənqid edib: “NATO-ya bir iradım var. Müttəfiqlərinizdən birinin sərhədinə istənilən şəkildə təcavüz edilməsinə qarşı çıxmaq sizin borcunuzdur. İndiyədək bu istiqamətdə bir addım atdınızmı? Bunu onlara demişik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bu məsələni NATO-da müzakirə edəcək. Ötən il İraqda oynanılan oyunu pozduq, Suriyada oynan oyunun ürəyinə xəncər sapladıq. Qısa zaman ərzində Afrin və Münbiçdən başlayaraq, Suriyadakı terror yuvaların bir-bir yox edəcəyik. Buna nə müttəfiqimiz kimi görünüb, bizi kürəyimizdən vuranlar, nə də siyasətçi kimi görünən marginallar mane ola bilərlər”.

R.T.Ərdoğan vurğulayıb ki, Afrin və Münbiçdə terrorçulara qarşı əməliyyatları Suriyadakı müxalif qüvvələrlə birlikdə keçirəcəklər: “Təbii ki, əməliyyatları Suriyadakı müxalif qüvvələrlə birgə keçirəcəyik. Çünki bu mücadilə onlar üçün verilir. Biz onlara, həmin qardaşlarımıza öz torpaqlarına sahib çıxmaları üçün yardım edirik”.

“Report”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button