Əsəd Rusiya hərbi bazasına qaçıb – ABŞ mediası

ABŞ və müttəfiqləri Suriyaya qarşı hərbi əməliyyat keçirməyə hazırlaşarkən, ABŞ mediası Əsədin rus əsgərlərin müşayiəti ilə Dəməşqdəki prezident sarayından çıxaraq Rusiyanın Lazkiyə şəhərində yerləşən Hmeymim aviabazasına getdiyini yazıb.

Avriopa.info xəbər verir ki, yazıda Əsədin pəncələri olmayan bir bunkerə yerləşdirildiyi, yanında da hər hansı başqa suriyalı rəsminin olmadığı bildirilir.

ABŞ mətbuatı amerikan hərbi təyyarələrinin Aralıq dənizinin şərq sahillərində, Rusiyanın Hmeymim aviabazası yaxınlığında kəşfiyyat uçuşları keçirdiyini də yazıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button