Əvəz Zeynallı Beynəlxalq Qızıl Xaç Komitəsinin nəzarətindədir

01.04.2013

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı Assiat Blansi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını Bakı İstintaq Təcridxnasındakı kamerasında ziyarət edib.  Assiat Blansi Əvəz Zeynallının saxlanma şəraiti ilə maraqlanıb, həbsinin səbəbləri və motivlərilə bağlı söhbətlər edib. Assiat Blansi bildirib ki, Əvəz Zeynallı  Beynəlxalq Qızıl Xaç Komitəsinin nəzarətində olan məhbuslardan biridir.

İndiyədək bu, baş redaktorla təşkil olunmuş ikinci ziyarətdir. Bundan əvvəlki ziyarətdə də onunla edilən söhbətlər öz müsbət nəticəsini verib. Beynəlxalq Qızıl Xaç Komitəsi Ə.Zeynallıya məhkəmə hökmü ilə 9 il həbs cəzası kəsildikdən sonra da onun durumunu nəzarətdə saxlamaq niyyətindədir.

Əvəz Zeynallı saxlanma şəraitindən narazı olmadığını bildirib, lakin bununla yanaşı əsas diqqətin  onun jurnalist olmasına da yönəlməsini istəyib. O, xanım Blansidən noutbukla təmin olunması üçün kömək göstərmələrini xahiş edib. Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı Ə.Zeynallının bu xahişini Ədliyyə Nazirliyinin Pentensiar Xidmət rəhbərliyinə çatdırılacağını, buna razılıq alındığı təqdirdə onun noutbukla təmin ediləcəyini bildirib.

Görüş xoş təəsüratla başa çatıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button