Əvəz Zeynallı Rauf Arifoğlu ilə “Qaynar Qazan”da – VİDEO+FOTO

DSC09241“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Əvəz Zeynallının müəllifi olduğu “Qaynar Qazan”a hadisə sayıla biləcək açıqlamalar verib

Rauf Arifoğlu 1988-ci ildən indiyə kimi Azərbaycan müxalifətinin zirvələrinə qədər yol açan “Rus izi”ndən, müxalifətin əsas mərkəzlərindəki Rusiya təsirindən, AXCP-nin ona qarşı münasibətindən və Əli Kərimli ilə, AXCP elektoratı ilə aralarındakı qarşıdurmalardan, ölkədə siyasi müxalifətin sıradan çıxmasından, dövlət başçısı İlham Əliyevin onu “Əməkdar Jurnalist” adına təltif etməsindən və bu təltifdən sonra baş verən diskussiyalardan, azad mətbuatın qarşılaşdığı problemlərdən, öldürülən jurnalist Rasim Əliyevdən və medianın başına açılan digər oyunlardan danışıb.

“Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Qaynar Qazan”da Əvəz Zeynallıya nələrdən danışmayıb ki:

“Narahatdırlar ki, onların yerlərini tutaram…
Prezidentin “Əməkdar Jurnalist” adını şəxsən təqdim edəcəyini bilmirdim…
Putinlə mənim ortaq dostum İlham Rəhimovdur…
İlham Əliyev mənə etdiyi jestlə müxalifərin bəzi dairələrini məğlub etdi…
Qənimətin evində Əli Kərimliyə dedim ki…
İlham Əliyev haqqında fikirlərim dəyişdi…
Mükafatları heç sevmirəm, amma…
İsa Qəmbər açıqlamanı o cür verməməli idi…
Mən gözləyirdim İsa Qəmbər desin ki…
Prezidentlə şəkil çəkdirmək üçün özlərini irəli soxanlar vardı…”

Müsahibə nəzərdə tutulan zamanı keçdi və 1 saat 2o dəqiqədən çox sürdü. Əvəz Zeynallı bir gün əvvəl FB səhifəsindəki statusunda elan etdiyi – Rauf Arifoğluna ünvanlanan sualların bir çoxuna cavab aldı.

Əvvəlcə müsahibəni iki hissəyə bölməyi və o cür yayımlamağı düşünsək də, müsahibənin çox maraqlı alındığını nəzərə alıb, onu tam olaraq yayımlamağı qərarlaşdırdıq.

Əminik ki, Oxucularımız üçün çox maraqlı olacaq.

xural.com

DSC09254 DSC09246 DSC09248 DSC09241 DSC09250

Əlaqəli məqalələr

1 şərh

  1. Əvəz bəy, müsahibinizin nə məntiqi, nə də arqumentləri qəbul edilən deyil. Özünü doğru hesab etmək istəyi, özynə qarşi çevrilir. Bu arqumentlər “əziz Şteynar”a yazdiqlarindan heç nə ilə fərqlənmir. Əziz Şteynarin cavabini yəqin ki, oxumusunuz. Bə, ümumiyyətlə, heç kim deməsin ki, xalq, millət üçün öldüm- itdim… xalq mənə qiymət vermədi və s. M Ə Sabir demiş: çalxalandiqca, bulandiqca zaman nehrə kimi ,yaği yağ üstə çixir ayrani ayranliq olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button