Əvəz Zeynallının əleyhinə ifadə kampaniyası başladı

Gülər Əhmədovanın iddiasının təsdiq edilməyəcəyindən təşvişə düşən siyasi hakimiyyət alternativ vasitələr arayır. Son iki ildə “Xural” qəzetində tənqid edilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılır.
Bu barədə redaksiyamıza etibarlı mənbələrdən məlumat daxil olub. Mənbənin bildirdiyinə görə, idarənin müstəntiqlərinə həmin şəxslərdən Əvəz Zeynallının əleyhinə ifadə almaq barədə göstəriş verilib. Məlumatda həmçinin bildirir ki, hakimiyyət Ə.Zeynallı ilə tanışlıq münasibəti və qohumluğu olan iş adamlarının aşkar edilməsi barədə qərar qəbul edib. İş adamlarına təzyiqlər göstərilərək baş redaktor əleyhinə ifadələr alınması nəzərdə tutulur.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button