Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı toplanan imzaların nəticəsi açıqlanacaq

09.03.2013
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsdən azad edilməsi və hüquqlarının bərpası çağırışı ilə prezident İlham Əliyevə ünvanlanmış müraciətilə bağlı başlanan imza toplanışının yekunları martın 11-də saat 12.30-da RATİ-də keçiriləcək brifinqdə açıqlanacaq.

Məlumat üçün bildirək ki, 2012-ci il oktyabrın 9-da kampaniyanın başlanmasına həsr olunmuş brifinqdə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov bildirib ki, istənilən vətəndaş müraciəti imzalaya bilər və imza toplanışı Facebook, E-mail və çap versiyasında həyta keçirilir.

Prezidentə ünvanlanmış müraciətdə deyilirdi: «Cənab prezident, sizi «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsdən azad edilməsinə və hüquqlarının bərpasına çağırırıq. Keçmiş deputat Gülər Əhmədovadan rüşvət istəmə ittihamı üzrə Ə. Zeynallını 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Eyni zamanda G. Əhmədovanın Beynəlxalq Universitetin keçmiş rektoruElşad Abdullayevdən onun deputat seçilməsi üçün 1 mln. dollar tələb etməsi barədə video süjet bütün KİV-ə yayımlanıb.

Ə. Zeynallıya qarşı irəli sürülmüş ittihamın ləğvinin, ona dəyən maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsinin vaxtı çatıb».

İmza toplanışı 5 ay müddətində davam edib. Brifinqdə kampaniyanın nəticələri açıqlandıqdan sonra sənəd Prezident İlham Əliyevə və hazırda Ə.Zeynallının işi ilə bağlı araşdırma aparan və jurnalist barəsində hökm çıxarmağa hazırlaşan BACM-nin hakimlərinə  göndəriləcək.

Xatırladaq ki, Ə. Zeynallı keçmiş deputat Gülər Əhmədovanın prokurorluğa müraciəti əsasında həbs olunub. G. Əhmədova redaktor tərəfindən şantaja məruz qaldığını, Əvəz Zeynallının ondan pul tələb etdiyini bildirib.

Onun ərizəsi əsasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Ə. Zeynallı barəsində CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi qaldırıb.

Hazırda G.Əhmədovanın özü haqqında AR CM-nin 178 və 307-ci maddələrilə cinayət işi açılıb və o həbs edilib.

http://www.youtube.com/watch?feature=player_embedded&v=dav-3sdoye4

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button