Əvəz Zeynallının telefonları qanunsuz dinlənilib

Əvəz Zeynallının bununla bağlı iddiasına hakim Faiq Qasımovun sədrliyilə noyabrın 10-da Apellyasiya Məhkəməsində baxılacaq.

Xəbər verdiyimiz kimi, Əvəz Zeynallı həbs olunmazdan bir neçə ay əvvəldən telefonunun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq dinlənilməsi, güdülməsi və məhkəmə qərarı olmadan barəsində əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı Apellyasiya məhkəməsinə şikayət edib.
Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə əsasən, gizli audio və video yazılarından, kino və foto çəkilişlərindən istifadə etməyə yalnız aşağıdakı hallarda yol verilir. Şəxsin bu barədə yazılı razılığı varsa və bu hal məhkəmənin qərarı ilə nümayiş etdirilirsə. Hər iki halda qanunsuzluğa yol verilib. Birincisi, Əvəz Zeynallının telefonunun dinlənilməsi üçün onun heç bir razılığı olmayıb. İkincisi isə, Əvəz Zeynallının telefonu dinlənilərkən bu haqda məhkəmənin heç bir qərarı olmayıb.

İddia ilə bağlı 10 noyabr 2011-ci il tarixində saat 14.30-da Bakı Apellyasiya Məhkəməsində iclas keçiriləcək.

Bütün KİV nümayəndələrini Əvəz Zeynallıya – azad sözə dəstək verməyə çağırırıq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button