​Şabran sakinini qətlə yetirənlərə hökm oxundu

 Elgiz Cəfərli 18 il 6 ay, İsmayıl İmamverdiyev 3 il 6 ay, Rafiq Namazov isə 8 ay müddətinə azadlıqdan məhrum edilib

Martın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elgiz Cəfərli, xuliqanlıqda təqsirləndirilən İsmayıl İmamverdiyev və Rafiq Namazovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Xural.com report.az-a istinadən xəbər verir ki, hakim Azər Orucov sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Cəfərli 18 il 6 ay, İ.İmamverdiyev 3 il 6 ay, R.Namazov isə 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin iyul ayının 15-də baş verib. Şabran rayon sakini Rövşən Əyyubov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb və ertəsi gün orada dünyasını dəyişib. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əyyubovu qətlə yetirməkdə şübhəli bilinən Elgiz Cəfərli və xuliqanlıqda təqsirləndirilən İsmayıl İmamverdiyev və Rafiq Namazov saxlanılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button