​Ukrayna və Türkiyə Rusiyanın Suriyadakı fəaliyyətini pisləyib

Poroşenko: Rusiyanın Suriyadakı hərəkətləri dinc əhali arasında çoxsaylı itkilərə səbəb olub

Ukrayna prezidenti Pyotr Poroşenko qeyd edib ki, Kiyev və Ankara Rusiyanın Suriyadakı qanunsuz fəaliyyətini pisləyib.

Xural.com report.az-a istinadən xəbər verir ki, bu barədə o, Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Biz danışıqlar zamanı Rusiyanın Suriyadakı hərəkətlərini, xüsusilə də dinc əhali arasında çoxsaylı qurbanlarla nəticələnən, humanitar böhranın güclənməsinə səbəb olan və qaçqınların sayının artmasına gətirib çıxaran bombardımanları qətiyyətlə pislədik”, – deyə o bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button