“ASİ” qəzeti İlham Əliyevə müraciət etdi

Qəzetin kollektivi çapla bağlı yaranan problemin həll edilməsini istəyir

“ASİ” qəzetinin baş redaktoru Anar Mahmudoğlu dövlət başçısı İlham Əliyevə müraciət edib. A. Mahmudoğlu qəzetin çapına qoyulan qeyri-rəsmi qadağanın aradan qaldırılmasını xahiş edib. Müraciətdə deyilir: “2011-ci ilin dekabrın 4-də ilk sayı işıq üzü görən həftəlik “ASİ” (Azad Söz İnqilabçıları) qəzetini çap edən “E.Q” mətbəəsi dekabrın 7-də yenicə bağlanmış bir illik müqaviləni səbəb gətirmədən pozaraq, qəzetin nəşrindən imtina etmişdir. “ASİ” qəzetinin çapı üçün müraciət edilən digər mətbəələr də rəsmi olaraq heç bir səbəb göstərmədən qəzeti dərc etmirlər.
Dekabrın 8-də “ASİ” qəzetinin nəşri üçün Azərbaycan Nəşriyyatına rəsmi müraciət edilib, lakin bu dövlət nəşriyyatı da qəzeti dərc etmir və imtinanı səbəbi ilə bağlı heç bir rəsmi cavab vermir.
Şifahi danışıqlarda mətbəə sahibləri bu imtinanın səbəbi barədə bildirirlər ki, “ASİ” qəzetini çap etməmək haqda Prezident Administrasiyasından qeyri-rəsmi göstəriş alıblar və buna görə də qəzeti dərc etmələri mümkün deyil”.

Xatırladaq ki, mətbəələr “Xural” və “ASİ” qəzetlərinin çapından imtina edirlər. Mətbəələr hər iki qəzetin çap edilməsinə qadağanın Prezident Administrasiyası tərəfindən qoyulduğunu bildiriblər. “Azərbaycan” Nəşriyyatı isə edilən müraciətlərə cavab verməkdən imtina edib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button