“Azərbaycan hakimiyyəti təhlükəli oyun oynayır”

Freedom House” beynəlxalq insan haqları təşkilatının strategiya və təhlil üzrə vitse-prezidenti Kristofer Uolker

Freedom House” rəhbəri Azərbaycanı inqilab baş verən ölkələrə bənzətdi

“Freedom House” beynəlxalq insan haqları təşkilatının strategiya və təhlil üzrə vitse-prezidenti Kristofer Uolker BBC-yə müsahibəsində Azərbaycanda son bir il ərzində insan haqlarının durumundan danışıb. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti ötən 12 ay ərzində müxalifət fəalları, jurnalist, vətəndaş cəmiyyəti üzvlərinin təqiblərini artırıb və ictimai müzakirələr məkanını məhdudlaşdırıb:“Ötən il mart və aprel aylarındakı küçə etirazları dağıdılıb, jurnalist və fəallar həbs olunub, tələbə və müəllimlər hökumətdən fərqli siyasi baxışlarına görə universitetlərdən xaric ediliblər. Əsas haqların sistematik danılması Azərbaycanı bizim göstəricilər üzrə qlobal miqyasda olduqca zəif çıxış edən ölkələr sırasına aid edir”.

Uolkerin sözlərinə görə, 2011-ci ilin yekunlarına əsasən demək olar ki, əvvəlki illərlə müqayisədə Azərbaycanda insan haqlarının durumu daha da pisləşib. Fundamental azadlıqlar məhdudlaşdırılıb və təzyiqlərin müxtəlif formaları tətbiq olunub. Avtoktratik və repressiv hökumətin idarə etdiyi ölkə xalqın qəfil küçəyə çıxa biləcəyi üzündən Azərbaycan qeyri-sabit ölkələrlə bir sırada dayanır. “Freedom House”nin vitse prezidenti müsahibəsində əlavə edib ki, hakimiyyətin ötürülməsinin aydın mexanizmi olmayan avtoritar rejimlərdə xalqın küçəyə çıxmaq ehtimalı daha yüksəkdir:“Biz bunu Rusiyada gördük. Əhalinin geniş seqmenti, kiçik qrup, ola bilsin ki, iki nəfər tərəfindən hakimiyyətin kimin əlində qalacağının həllini hörmətsizlik və iyrənc kimi qəbul etdi. Bu on minlərlə adamın küçələrə çıxmasına təkan verdi. Bu uzunmüddətli perspektivdə riskli addımdır və Azərbaycan hakimiyyəti bundan dərs götürməlidir”.

Təşkilat rəsmisi müsahibəsində Azərbaycanın neft və qaz sektorunda yüksək “səviyyəli korrupsiyaya” görə məsuliyyətə cəlb etmə mexanizmlərinin olmadığını da vurğulayıb. Onun sözlərinə görə, müstəqil məhkəmənin olmadığı bir halda hökumətin vətəndaş cəmiyyəti tərəfindən sorğu-suala tutumasının qarşısı alınır. Kristofer Uolker İlham Əliyevin hakimiyyətdə müddətsiz qalmaq niyyətinə dair daha aydın görünən mesajlardın ciddi narahatlıq doğurduğunu bildirib. Azərbaycanı başqa ölkələrlə müqayisə edən Uolker onu qlobal miqyasda pis çıxış edən dövlətlər sırasında gördüyünü deyib. Onun sözlərinə görə, Azərbaycanda çox kiçik dairənin müəyyənləşdirdiyi siyasi qərarların müzakirəsinə və alternativ fikir üçün məkanın məhdudlaşdırılması və siyasi təqiblərin artırılması halları genişlənib. Belə hallar isə ötən ilin əvvəllərindən başlayan və hələ də davam edən üsyan dalğasının büründüyü Şimali Afrika və Yaxın Şərq ölkələrinə xas olan göstəriciklərdir.

“Freedom House” rəsmisi Azərbaycanda kütləvi etirazların proqnoz edilməsinin mümkün olmadığını deyib. Lakin buna baxmayaraq bu yaxınlarda Rusiya ilə Qazaxıstandakı etirazlar xalqın məsuliyyətsiz və korrupsiyaya qurşanmış hökumətlərə qarşı daha az dözümlü olduğunu deməyə əsas verir. Uolker xəbərdarlığında deyib ki, Azərbaycan hökuməti alternativ səslərin eşidilməsinə icazə vermək fürsətini əldən qaçırır. Bu kimi məcburi və korlanmış idarəni yürüdən ölkələr çox riskli oyun oynayırlar. Uolker iqtisadi artımı qorumaq üçün əsasən sabitliyin təmin edilməsinin mühüm olmasıyla bağlı Azərbaycan hakimiyyətinin bəyanatlarını rədd edib:“Bu saxta arqumentdir. Fikrimcə, əsas fikir budur – hakimiyyətin saxlanılması üçün himayədarlıq, məcburiyyət və korrupsiyaya söykənən Azərbaycan kimi avtoritar sistemlər mahiyyətcə qeyri-sabitdirlər. Politoloqlar bunu bilir – onlar qeyri-sabit olanadək sabitdirlər”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button