“İdman Azərbaycan”ı prezident İlham Əliyev yaradıb?!

Bəs Avropa Şurası qarşısında götürülən öhdəliklər?..

““İdman Azərbaycan”ın yaradıcısı möhtərəm prezidentimiz İlham Əliyevdir”. Bunu “Media forum” xəbər saytına müsahibəsində “İdman Azərbaycan” televiziya kanalının direktoru Elsevər Dünyamalıyev bildirib. Telekanalın yaranmasının 2-ci ildönümünə həsr olunmuş müsahibədə Dünyamalıyev hökumətin və xüsusilə prezidentin xüsusi qayğı və diqqətindən söz açıb.

“Dünyanın heç bir ölkəsində idman kanalı açıq efir vasitəsilə yayımlanmır, buna görə aylıq abunə haqqı ödəmək lazım gəlir. “İdman Azərbaycan”ın ödənişsiz yayımlanması Azərbaycan prezidenti İlham Əliyevin əhalimizin qayğısına qalmasının təzahürüdür” – deyə Dünyamalıyev bildirib.

Xatırladaq ki, 2005-ci ildə Qapalı Səhmdar Cəmiyyətə çevrilməsinə baxmayaraq, hələ də Dövlət büdcəsindən maliyyələşən AzTV və onun nəzdində yaradılmış “İdman-Azərbaycan”, mart ayından fəaliyyətə başlayacaq “Mədəniyyət” telekanalları faktiki dövlət telekanalları funksiyasını icra edirlər. Hərçənd ki, Avropa Şurası qarşısında Azərbaycanın öhdəliklərindən biri də AzTV-nin ləğv edilməsi ilə bağlıdır. Hökumət AzTV-ni Qapalı Səhmdar Cəmiyyətə çevirməklə bu telekanalın artıq dövlət telekanalı olmadığını nümayiş etdirmək istədə də, Dünyamalıyevin adı çəkilən müsahibəsi gerçəklikləri nümayiş etdirir.

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button