10-cu sinifdə oxuyan qız paltara görə özünü asdı

intiharSalyan rayonunda məktəbli intihar edib. 

Xələc kənd sakini, 1999-cu ildə anadan olmuş Məmmədova Gülyanaq Atif qızı dünən axşam saatlarında özünü yaşadığı evin damından asıb.
X sinif şagirdinin intiharının dəqiq səbəbi məlum deyil. Bununla belə, intiharın ailə münaqişəsi zəminində baş verdiyi ehtimal edilir.
Belə ki, məktəbli qız valideynlərindən ona təzə paltar almağı xahiş edib. Valideynlərinin isə buna maddi imkanı çatmayıb. Bundan depressiyaya düşən məktəbli də sonda intihara əl atıb.
Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırmalara başlanıb.(virtualaz.org)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button