102 saylı məktəb dərs saatlarında “təmir” işlərinə başlayıb

17.02.2012

Məktəbin direktoru Mailə İsmayılova bütün qəbahətləri Təhsil Nazirliyinin üzərinə atır.

Binəqədi rayonu, Mirzə Xosrov Axundzadə adına 102 saylı tam orta məktəbdə dərs ilinin yarısında təmir işlərinə başlanılıb. 2011-ci ilin yay tətilində təmir işlərinin aparılması üçün uşaqlardan pul yığılmasına baxmayaraq, sentyabrın 15-də dərsə gələn şağirdlər köhnə vəziyyətlə üzləşiblər – təmir işləri bir-iki yeri rəngləməklə kifayətlənilib. Valideyinlərin bununla bağlı narazılıqları da məktəbin direktoru Mailə İsmayılova tərəfindən hiddət və təpki ilə qarşılanıb. Məktəbə hər il dövlət tərəfindən ayrılan vəsaitlərdən əlavə şağirdlərdən də təmir və “fondpulu” adı altında pullar yığılır, lakin vəd edilən məqsədlər üçün istifadə olunmur. Bu da məktəbin istilik-elektrik sisteminin açıq şəkildə – şağirdlərin həyatına təhlükə yaradacaq vəziyyətə düşməsinə səbəb olur. Şagirdlərin qəza ilə üzləşməyəcəyinə heç kəs təminat vermir. Şəxsi işlərindən başı açılan kimi məktəbə nəzər salan M.İsmayılova məktəbin “təmir”ə böyük ehtiyacı oldüğünü “dərk edib”. Dərs ilinin ortasında başlanan təmir işləri uşaqların dərs saatlarına ciddi təsir göstərib. Birinci növbədə təhsil alan şağirdlər ikinci növbəyə keçirildiyindən rejimlərindəki dəyişikliklərdən özlərinə gələ bilmirlər. Valideyinlər məcburən uşaqlarının birinci növbədə olan məktəblərə keçirməyə çalışırlar. Bu isə direktoru ümumiyyətlə narahat etmir. Bu cür müraciətlə ona yaxınlaşan valideyinləri təhqir edərək, yola salır. Məktəb səlahiyyətlilərinin dediklərinə görə, məktəbdə təmir işləri Təhsil Nazirliyinin əmri ilə həyata keçirilir.
Nazirliyin qaynar xəttinə zəng vurduqda bu məsələ ilə məşğul olan səlahiyyətlilərin telefon nömrəsini versələr də, gün ərzində etdiyimiz mütəmadi zənglərə həmin nömrələrdən cavab verən olmadı.
Məktəbin dərs saatlarında təmir olunması şagirdlərə yaxşı şəraiti olan siniflər yox, hər an üzləşəcəkləri “təhlükəli təhsil” vəd edir.

Emil Nəcəfov
Məktəbin şagirdi

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button