11 ayda 7,8 milyard manatlıq ərzaq işlətmişik

Dövlət Statistika Komitəsi bu ilin 11 ayında istehlak bazarında alqı-satqı edilən məhsul və xidmətlər üzrə statistik nəticələri açıqlayıb
Komitədən lent.az-a bildiriblər ki, 2010-cu ilin yanvar-noyabr ayları ərzində əhaliyə 16,2 milyard manatlıq istehlak malları satılıb və pullu xidmət göstərilib. Keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 8,5 faiz artaraq 12,0 milyard manata, pullu xidmətlərin həcmi isə 10,4 faiz artaraq 4,2 milyard manata çatıb.
Komitənin hesablamalarına görə, 11 ayda istehlak bazarında satılmış malların 7,8 milyard manatını və ya 64,5 faizini ərzaq məhsulları, 4,2 milyard manatını qeyri-ərzaq malları təşkil edib. İstehlak olunan ərzaq məhsulları 7,4 faiz, qeyri-ərzaq məhsulları isə 12,5 faiz artıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button