Ölkənin 1 saylı doğum evində nələr baş verir?

Stella Abbasova və zahılıq şöbəsinin müdiri Nigar Abdullayeva pulsuz olduğunu dedikləri dövlət xəstəxanasında uşaqları dünyaya 750-800 manata gətirir!

Televiziyalara çıxanda «bütün əməliyyatlar pulsuzdur» deyirlər. Konkret 1 saylı M.Qasımov adına Doğum Evində belədir və xəstəxananın baş həkimi Stella Abbasovanın bu yaxınlarda ANS-in «Günəbaxan» verilişini izləyən hər kəs bunu görüb. Efirləri və jurnalist diktofonlarını görəndə quzu olan bu adamlar, vətəndaşı görəndə canavara dönürlər. Elə atalar məsələsində deyildiyi kimi, bu gələn vətəndaş da özünü sanki «quzunu qurda əmanət edilmiş kimi» hiss edir. Burada həkimlər həqiqətən canavar, xəstələr isə quzu kimidir. Başdan-başa hüquqsuzluq və qanunsuzluq içində çabalayan hamilə qadınlar Nigar Abdullayevanın əlinə düşürlər. O da eynilə qəssab kimi… Qadının birini 750-800 manata kəsir. Onlara əlavə bir kəlmə demək olmaz. Burada hər şey puldur. «Lüks» dedikləri və bir torba manat aldıqları otaqlarda isti su belə yoxdur. Azı 3 dəfə analiz götürürlər. 750 manatdan aşağı əməliyyat olmur. Stella Abdullayeva qaçıb gizlənir… Bütün işləri Nigar Abdullayeva həll edir… Pul verməsən, gününü qara edər, yediyini-içdiyini burnundan gətirərlər…

Hər şeyin niyə bu qədər bahalı olduğunu soruşanda, həkimlərdən biri xəstəxananın həyətində dayanan və Nigar Abdullayevaya məxsus olan «Leksus» markalı avtomobili göstərdi: «Bəs onun pulunu Kim versin?!»

Müxbirimiz M.Qasımov adına 1 saylı Doğum Evində olub. Burada baş verən dəhşətləri qələmə alıb… Siz də dəhşətə gələcəksiniz…

Deyirdilər ki, burada hər şey pulsuzdur…

Kamran

“Xural” qəzeti
il: 9, sayı: 003(411), 23-29 yanvar 2011-ci il

Əlaqəli məqalələr

2 şərh

  1. 2011-02-23 01:39
    Salam 1 sayli dogum evinin hekimleri haqqinda yox ama personali haqqinda yaxshi melumatim var.hemen xestexanada kicik personal acindan olur ona gore ki hekimlerin aldiqlari 600-700 manatdan kicik ishcilere cemi 30 manat pul verirlerki novbede olan 6-7 nefer arasinda bolsunler.eyer fikirleshsezki onlarin maashlarida var duzdu var ama bash hekim (S.Abbasova) onlarin smenlerini yari bolum satirdi bashga personala ve tebii ki onlarinda ayliq aldiqlari 100 manat bolunurdu 3-4 yere yeni ayliq emek haqqlari umumi 25-30 manata gelib catirdi ama hemin sozugeden bash hekimin ve hekimlerin ishlerindense kichik personalin ezab eziyyetleri daha cox olmushdur !!!

    16.04.2011

    1 N li dogum evinin veziyyetdi deyesen yenede gerginleshecek,

    Sozu geden dogumm evinin eks bash hekimi xanim Stella Abbasova yeniden oz yerine gayitmaga can atir… Bir sira havadarlarina ondan gidalananlara ve bezi hekimlere ve`d edirbki siz narahat olmayin biraz sebr edin men yene ishime gayidacam ve siz yenede oz atlarinizi bu dogum evinde oynadacagsiniz.. Bilmirik ne derecede duzdur ama ona yuz faiz eminemki siravi insanlar bu sozlerden ezab cekirler .. cunki onlar onun gayidmagini istemirler.. onlar cox ezab cekibler o dogum evinde eyer bir nefer ishe gecikerse, eyer bir neferin bashinda tibb kolpagi olmayibsa o insanin veziyyeti cox agir olub. gerek hemin ishci bash hekimin (Stella Abbasova) yanina deymelidi. en azi 200 azn verib sonra ishine gayitmali idi .. Bele bir korrupsiyon hekimin ishine gayitmagine derecede duzdur? eshitdiyimize gore teze gelmish bash hekim Nigar xanim Axondovanin cox gozel ish rejimi vardir lakin onuda Stella Abbasovanin havadarlari , bezi hekimler duzgun durust ishlemeye imkan vermirler.cunki onlara bazar rejiminde ishlemek serf eleyir onlar dogum evini tam bazara dondermishdiler .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button