XİN Fransanı bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırdı

“Azərbaycan Respublikası Fransa Senatında 23 yanvar 2012-ci il tarixində “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsinə dərin şəkildə təəssüfləndiyini bəyan edir və bu qərarı qətiyyətlə pisləyir”. Bu, Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Nazirlikdən verilən məlumata görə, sənəddə Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional proseslərdə iştirakına ciddi xələl gətirə və bir sıra xoşagəlməz nəticələrə səbəb ola biləcəyi bildirilir:

“20-ci əsrin sonunda Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasını və Azərbaycanın 20% torpaqlarının işğalını görməzdən gələn Fransa parlamentarilərinin bu qərarı siyasi məqsədlərinə yönəltməsi, ümumiyyətlə Fransanın obyektivliyini şübhə altına alır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Fransa Senatının bu addımını bir daha qınayır və Fransanı tarixə qərəzsiz nəzər salmağa və bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırır”.

Xatırladaq ki, İctimai Palatanın Koordinasiya Şurası sabah Fransanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyasi keçirəcək. Məlumata görə, aksiya piket formasında olacaq və Fransa Senatının qəbul etdiyi ermənipərəst qanuna etiraz xarakteri daşıyacaq.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button