15 nəfəri öldürən şirkətin əsl sahibi kimdir?-Sensasion FAKTLAR

yanginBakıda mayın 19-da 15 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı dəhşətli faciə ilə əlaqədar həbslər davam edir. Baş Prokurorluğun rəsmi məlumatına əsasən Binəqədi olayına görə hələki 6 nəfər tutulub. Onlardan 3-ü – “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin rəhbəri Miryusif Mahmudov və müavini Ələkbər Əsgərovdur.

Bundan öncə də qeyd etdiyimiz kimi “Qlobal Stone” MMC “Global Construction”nun tərkibində yaradılmış törəmə şirkətdir. Adlarını çəkdiyimiz şirkətlər və rəhbər şəxsləri yanan binanı, eləcə də paytaxtda bir çox obyektləri keyfiyyətsiz üzlüklə üzlədiyinə görə cəzalandırılaraq həbsə atılıblar.

AzVision.az-a daxil olan sensassion məlumata görə, “Global Construction” MMC-nin gerçək sahibi Miryusif Mahmudov deyil. 2008-ci ilin martın 7-də qeydiyyata alınan şirkətin rəsmi olaraq rəhbəri Əliyev Nizami Səttar oğludur. Şirkət Bakı şəhəri, Səabil rayonu Zərifə Əliyeva küçəsi, ev 3 ünvanında qeydiyyatdadır.

Vergilər Nazirliyində adıçəkilən şirkətin rəhbəri kimi Miryusif Mahmudovun yox, Nizami Əliyevin adı qeyd edilib.

Göründüyü kimi, M.Mahmudov “Global Construction”MMC-ni öz adına deyil, N.Əliyev adlı vətəndaşın adına dövlət qeydiyyatından keçirərək qanunsuz şəkildə fəaliyyət göstərib.

Bakıya ölüm gətirən şirkərin gizli rəhbəri Nizami Əliyevin əsl kimliyi sirr olaraq qalsa da o, bir neçə dəfə kredit borcuna görə məhkəməyə verilib. Adıçəkilən şəxs barəsində Nəsimi rayon Məhkəməsində 2010-cü ilin avqust ayında “Azərbaycan Sənaye Bankı” ASC tərəfin iddia qaldırılıb.

Bank tərəfindən Nəsimi Məhkəməsinə ünvanlanan şikayətdə N.Əliyevin “Azərbaycan Sənaye Bankı”ndan götürdütü krediti geri qaytarmadığı bildirilib. Krediyin məbləgi müraciətdə göstərilməyib.

Əldə etdiyimiz digər məlumata görə, Azərbaycanda “Global Construction” adlı iki şirkət fəaliyyət göstərib. İkinci şirkətin rəsmi adı sənədlərdə “Qlobal-Konstrakşn” MMC olaraq qeydə alınıb.

2006-cı ilin dekabrında yaradılan həmin şirkətin Vergilər Nazirliyindən keçirilən qeydiyyatda rəhbəri Vəliyev İlqar Əli oğlu göstərilir.

15 nəfəri öldürən şirkətin əsl sahibi kimdir?-Sensasion FAKTLAR

15 nəfəri öldürən şirkətin əsl sahibi kimdir?-Sensasion FAKTLAR

15 nəfəri öldürən şirkətin əsl sahibi kimdir?-Sensasion FAKTLAR

15 nəfəri öldürən şirkətin əsl sahibi kimdir?-Sensasion FAKTLAR

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button