Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort Bakıdadır

prezident-qabul-avropa-ittifaqi-f.lefort26.07.2013

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev iyulun 26-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətilə görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar danışıqlar prosesi və Azərbaycanda qaçqınların vəziyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Qonaq müdafiə naziri ilə də görüşüb

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip LefortDaha sonra Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müdafiə Nazirliyində Avropa İttifaqının  Filip Lefortu qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə bölgədəki hərbi-siyası vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button