20 ton kişmişin içərisində 500 kq heroin aşkarlandı – Gömrükdə əməliyyat (VİDEOLAR)

narkotik

Astara Gömrük İdarəsinin əməkdaşları İranla sərhəddə əməliyyat həyata keçiriblər.

Xural.com strateq.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi rəsmi məlumat yayıb.

Bildirilib ki, Astara Gömrük İdarəsində İran İslam Respublikasından Azərbaycana daxil olan “Volvo” markalı yük avtomobilinin sürücüsü, Belarus vətəndaşı 39 yaşlı Aleksandr Antonoviç Kuzmin  idarə etdiyi  nəqliyyat vasitəsilə  tranzit yolla  İrandan Belçikaya 20 ton 200 kq kişmiş yükü apardığını bəyan edib.

Əvvəlcədən daxil olan əməliyyat məlumatı  əsasında   Volvo markalı  avtomobil  “HCVC 6032” markalı stasionar-rentgen qurğusundan keçirilib. Avtomobildəki kişmiş yükünün arasındakı qaraltılar gömrükçülərdə şübhə doğurduğundan yükə fiziki baxış keçirilməsi qərara alınıb.

Gömrük yoxlaması zamanı 1997 kişmiş qutusundan 100-də xüsusi üsulla  dördbucaq şəkildə qablaşdırılaraq qutulara yerləşdirilən  500 kiloqram narkotik vasitə heroin aşkar edilib. Avtomobilin sürücüsü yükün İran İslam Respublikasında yükləndiyini və son təyinat məntəqəsinin Belçika olduğunu, yükün içərisindəki narkotik vasitə-heroindən isə ümumiyətlə xəbərsiz olduğunu bildirib.  Aşkar edilən narkotik vasitə hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button