200-dən artıq QHT-dən beynəlxalq aləmə müraciət – Ermənistanın savaş cinayətləri ilə bağlı

cebhe

200-dən artıq ölkə QHT-si Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından verilən məlumata görə, sənəddə vurğulanır ki, 2016-cı il 2 aprel tarixində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələri 4 mülki şəxsi qətlə yetirib, 18 mülki şəxsi isə yaralayıb.

Müraciətdə qeyd olunur ki, həlak olmuş Azərbaycan əsgərlərinin cəsədləri üzərində işgəncə, insan ləyaqətini alçaldan rəftar əlamətlərinin aşkarlanması Ermənistanın “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının müddəalarını kobudcasına pozmasını, ümumbəşəri dəyərləri növbəti dəfə riyakarcasına tapdalamasını sübut edir.

QHT-lər beynəlxalq ictimaiyyəti törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərə görə Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button