2008-ci il Pekin Yay Olimpiya oyunlarına 300 milyon dollar xərclənib

Beijing 2008Azərbaycan hökuməti eyni məqsədli işlər üçün 1 milyard 34 milyon manat vəsait xərclədiyini açıqladı

xural.com Çin mətbuatına istinadən xəbər verir ki, 2008-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekin Milli Stadionunda təşkil edilən və “Gözəl Olimpiya” adlanan Yay Olimpiya oyunlarının açılış mərasimi idman tarixinin ən möhtəşəm və yadda qalan mərasimi oldu.

Mərasimin bədii hissəsi “Brilliant Mədəniyyət” və müvafiq olaraq “Glorious Era” adlı iki hissədən ibarət olub. Birinci hissədə Çin mədəniyyəti və ikinci hissədə isə müasir Çin və dünya xalqları arasında harmoniyanı təsvir edən görüntülər sərgilənib. Hər tamaşada Çin dövləti səhnəyə 15 min iştirakçı buraxıb. Mərasimin baş rejissoru, kinorejissor Zhang Yimou Çin xareoqrafiyasının ustadları hesab olunan Zhang Jigang və Chen Weiya yardımı ilə möhtəşəm səhnə görüntüləməyə müvəffəq olmuşdular.  Açılış mərasimində 100-dən çox dövlətin başçısı, hökumət nümayəndələri iştirak ediblər. Bu say dünya olimpiya tarixində ən yüksək göstəricidir.

Kompüter qrafiki və süni atəşfəşanlıq

Stadion xaricində 29 fişəng “footprints” kompüter animasiya ilə nümayiş edildi. Bu zaman telekameraların əhatə dairəsi bütün Pekini zəbt etdi. 29 vertolyotdan istifadə edən çəkiliş qruplarının bütün pörosesi lentə almaq üçün cəmi 55 saniyəsi olub.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Count Rogge açılış mərasimini “möhtəşəm şou” olaraq dəyərləndirib: “Pekin Olimpiadasında görüntü orijinallığı ilə təfəkkürümüzdə unudulmaz izlər buraxdı. Bu dünyanın yeni möcüzələrindən biri oldu”

Dünya mətbuatı “inanılmaz açılış mərasimi”, “misli görünməmiş və böyük uğura malik”, “yadda qalan möhtəşəm bir gecə” kimi qələmə alıb.

Steven Spielberg Çin rejissor Zhang Yimou tərəfindən səhnələşdirilən açılış mərasimini, “Yeni minilliyin unudulmaz tamaşa” adlandırır və ilin ən mühüm hadisəsi olaraq tarixə canlı damğasını vuran ən nəfis görüntüsü” olaraq təsvir edir.

Dünya liderləri də açılış mərasiminə heyran idilər. ABŞ prezidenti Corc Buş mərasimi “möhtəşəm və uğurlu” kimi dəyərləndirib. İngiltərənin Baş naziri Tony Blair  “yəqin ki, bütün tamaşaçılar bundan daha möhtəşəm mənzərə görə bilməzlər”- deyib.

Mərasimə nə qədər vəsait xərclənib?

Çin Xalq Respublikasının mətbuatda açıqladığı rəsmi məlumatlara əsasən , 4 saatdan çox davam edən, hər saniyə səhnələrin dəyişməsi və bir daha təkrarlanmaması şərti ilə baş tutan mərasimə Çin dövləti 300 milyon USD vəsait xərcləyib.

Qeyd: Gənclər və İdman Nazirliyinin Prezident Aparatı ilə birgə I Avropa Oyunları ilə bağlı keçirdiyi mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov Avropa oyunlarına çəkilən xərclərdən danışarkən bildirib ki, “Oyunların büdcəsi 960 milyon manat təşkil edirdi, sonradan digər məsrəflər də daxil edildikdən sonra 1 milyard 34 milyon manat vəsait xərcləndi”.

A. Rəhimov onu da deyib ki, əcnəbi mütəxəssislərə yüksək maaşlar ödənilir. “Qalan vəsaitlər isə reklama, idman obyektlərinə və olimpiya standartlarına cavab verən informasiya texnologiyalarına xərclənib. Büdcə açıqdır. Biz onu istənilən təşkilata göstərə bilərik” -deyə nazir qeyd edib.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button