2011-ci il – nələr oldu, nələr keçdi?

nürəddin xocaNurəddin Xoca

2011-ci il nə ilə başladı? Enerjı daşıyıcılarının bahalaşacağı haqda şayiələrlə, bu şayiələri müşayiət edən benzin panikası və ərzaq bazarındakı bahalaşmalarla. Bu, iqtisadiyyatımızla bağlı. Bəs siyasətdə nələr baş verdi? Çox da gözlənilməz olmayan gedişlər… Secki sonrası Müsavat və AXCP-nin birləşib superpartiya yaratması deyəsən, uzaq üfüqlərdədir. Onun əvəzinə “İctimai Palata” yaradıldı. Müsavat Partiyası çox böyük itkilərə məruz qaldı. Bəzi siyasılərin seçkidən sonra “qayka”ların sıxılacağı haqda verdiyi proqnozlar deyəsən doğrulanır. Nemət Pənahlının və İslam Partiyasının sədri Mövsüm Səmədovun tutulması buna işarədir. Zatən bu hakimiyyət klassik müxalifətə divan tutanda nə fikirləşirdi. Müqəddəs yer boş qalmır. Sivil müxalıfəti istəməyən hökumət, vuruşan dini dözümsüzlüyü ilə seçilən müxalifətlə üz-üzə qalır. Necə ki, bizdə belədir. Bu gün heç kim açıq qışqırmasa da, pıçıltı ilə dini ekstremist, xaricdən maddi və mənəvi dəstək alan təşkilatlanmış qruplardan danışır və nədənsə onların azad təbliğat aparmasından və təşkilatlanmasından təəccüblənir.

Sosial-iqtisadi-milli məsələlərdə susan bu qüvvələr hicabla bağlı çox sərin çıxışlar etdilər. Bu, həm də Qərblə İran rejımınin konfrontasiyası fonunda oldu.

Məmur özbaşınalığı, yazılmış qanunlara hörmətsizlik, rüşvət, korrupsiya ilə müşayiət olunan bahalaşma, büdcə pullarının daşa, mərmərə verilib yerə düzülməsi… Bu hökumətin köhnə işıəridir ki, heç bir dəyişiklik yoxdur.

Lakin prezidentin yeni il çıxışı, Qarabağla bağlı ermənilərə verdiyi ultimatum çoxlarına artıq bu “Qordi düyünü”nün yaxınlarda kəsiləcəyinə ümid verdi. Bütün millətçi camiənin gözlədiyi kimi prezident İrəvan və Zəngəzur torpaqlarının bizim dədə-baba torpaqlarımız olduğu və Dağlıq Qarabağda İrəvan və Zəngəzurda babalarımızın etdiyi səhvi təkrarlamayacağımızı, ikinci erməni dövlətinin Azərbaycan torpaqlarında yaranmasının qeyri-mümkün oldugunu təkrarən bəyan etdi.

Bəzilərinin xoşuna gəlməsə də, Qərbin Qarabağ problemi ilə bağlı tutduğu mövqenin prezident tərəfindən haqlı tənqidi də yadlardan çıxmayacaq. Müharibənin artıq astanamızda olduğunu və bizim də səbrimizin bir sərhədi oldugunu deyən prezident əslində millətçi camiənin fikirlərini ifadə edir.Optimislər deyir ki (hansı ki, mən də özümü onlara aid edirəm) artıq prezident daxili problemlərlə də şəxsən özü məşğul olacaq. Elə olsa, çox şeylər müsbətə doğru dəyişməlidir…

2011-ci il başlanğıcı bir də R.T.Ərdoğanın Qarsda məlum heykəllərin söküləcəyi ilə bağlı bəyanatla yadda qalacaq. Hər halda BDM-in sədri İsmayıl Ağayevin İqdıra təşkil etdiyi nümayəndə heyətinin məlum səfəri zamanı millət vəkili Gülər Əhmədovanın müraciəti Ankarada eşidilmişdir. Hər halda hadisələrin cərəyanı bunu göstərir. Bir də məlum saytın açıqlamaları bizim yaddaşımızda 2011-ci ilin başlanğıcı ilə yadda qalacaq.

Məmurlardan isə yazmıram. Çünki bu məmurlar nə birinci, nə də axırıncı olacaq. Hələ biz çox memuarlar oxuyacağıq.

İ.S. 2011-ci ilin başlanğıcı 1988-ci ilin 20 yanvarının əsl qəhrəmanları Xəzər dənizçiləri haqda Kərəm Məmmədovun avtobioqrafik “Mən tarana gedirəm” kitabı ilə xatirələrdə qalacaq. O hadisələrin iştirakçısı və şahidi kimi mən saxta qəhrəmanlardan fərqli olan, adları hec yerdə çəkilməyən, lakin bu millətin əsl qəhrəmanları kimi onlara təşəkkür edirəm.

2010-cu ildə başda İran olmaqla İslam dövlətlərinin əksəriyyəti yad, mənəviyyatsızlıq rəmzi olan “Valentin Günü”nü ləğv etdi. O gün olsun bu boşluğu İlhamla Fərizənin saf məhəbbətinin rəmzi olan 30 İyun “Sevgililər Günü” tutsun. Əslində, nənki İslam aləmi üçün, bütün dünyada saf məhəbbətin rəmzi olan İlham və Fərizə sevgisi bir sevgi etalonu kimi götürülməli və 30 İyun “Dünya sevgililər günü” elan olunmalıdır.
Bu, əfsanəvi “Romeo və Cülietta” və yaxud “Leyli və Məcnun” deyil, əsl insanlar və onların əsl sevgiləridir. Qarşıdan gələn “Sevgililər gününüz” mübarək!

“Xural” qəzeti
il: 9, sayı: 003(411), 23-29 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button