2020-ci il Yay Olimpiya Oyunlarında “ağıllı” avtobuslar olacaq

14615553115421257580_1000x669

Yaponiya paytaxtının rəhbərliyi 2020-ci ildə keçiriləcək Olimpiya Oyunları zamanı şəhərin idmançıların qalacağı liman hissəsində istifadə olunacaq “ağıllı” avtobuslar sistemi hazırlayır. Bu barədə “Yomiuri shimbun” qəzeti məlumat yayıb.

Həmin avtobuslar yarımavtomat rejimində idarə olunacaqlar. Yəni, misal üçün, dayanacağa yaxınlaşan zaman avtobus özü sürəti azaldacaq və sərnişinləri endirmək və ya götürmək üçün dayanacaq. Bundan əlavə, yeni sistem digər avtomobillərlə ara məsafəsini də tənzimləyəcək və ehtiyac yaranacağı təqdirdə avtobusun hərəkətini dayandıracaq.

Daha bir yenilik isə, xüsusi ötürücülər vasitəsilə işıqforlara həmin avtobusları digər nəqliyyat vasitələrindən ayırmağa və o, keçincə yolu açıq saxlamağa imkan verəcək. Yeni texnologiya “yaşıl dalğa” adlanan sistemin yaranmasına və ictimai nəqliyyatın daha sürətli hərəkətinə şərait yaradacaq.

Yeni marşrut xətti Olimpiya kəndini yaxınlıqda yerləşən dəmir yolu və metro stansiyaları ilə birləşdirəcək. Oyunlardan sonra onun “Big sight” sərgi kompleksinə qədər uzadılması nəzərdə tutulur(azərtac).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button