Mirqafar Seyidovdan yeni bir qərar

Mirqafar Seyidov04.05.2015
Bakı Şəhər Yol Polisi İdarəsinin tağım komandiri işdən çıxarılıb. XuralTAC-ın Aznews.az-a istinadən verdiyi məlumata görə, aşkarlanan nöqsanlara görə idarənin tağım komandiri, polis kapitanı Mövlayev Natiq Bahadur oğlu tutduğu vəzifədən azad edilib.
N.Mövlayev bildirib ki, dünən keçirilən sıra baxışından sonra o, işdən çıxarılıb.
Xatırladaq ki, Bakıda keçiriləcək birinci Avropa oyunları ilə əlaqədar dünən Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) şəxsi heyətinə sıra baxışı keçirilib.
Sıra baxışı BŞBPİ-nin rəisi, polis general-mayoru Mirqafar Seyidov, BŞBPİ-nin rəis müavini, polis general-mayoru Səhlab Bağırov, BŞDYPİ-nin rəisi, polis polkovniki Nuşirəvan Səfərov tərəfindən həyata keçirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button