“Kurtlar Vadisi” qisas üçün Rusiyada

Polat Alemdar qisas üçün Rusiyaya gedir

“Kurtlar Vadisi Pusu” serialının 259-cu bölümünün anons görüntüləri yayılıb.

Xural.com-un məlumatına görə, yeni bölümdə bir-birindən maraqlı hadisələr baş verəcək. Belə ki, Polat Alemdarın “Tilki (Tülkü) Andrey”ə qurduğu tələ uğurlu olmayacaq və Cahitlə birlikdə onun qardaşını ələ keçirmək üçün Rusiyaya gedəcək.
“Tilki (Tülkü) Andrey”in əlində olan Pusat Çakırın və Sofiya Karahanlının öldürülüb-öldürülməyəcəyi yeni bölümdə məlum olacaq.
Görüntülərdə “İŞİD” terror təşkilatına Britaniya kəşfiyyatının nümayəndəsinin “xəlifə” seçildiyi əksini tapıb.
Filmin yeni bölümünə həftənin cümə axşamı – dördüncü günü baxa bilərsiniz.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button