Mətbuat günündə Mehman Əliyevdən önəmli açıqlamalar-VİDEO, FOTOLAR

7xural.com olaraq yeni bir layihəyə start verdik. İndən sonra yeni proqramımız olacaq: “Qaynar Qazan”.

Bizi təqib edən sədaqətli Oxucularımız bilir, baş redaktorumuz Əvəz Zeynallı yazılarını “Qaynar Qazan” rubrikası altında yazardı. İndi həmin rubrikanı videoproqrama çevirdik. İlk əvvəl çalışıb 1 ayda bir, sonra 15 gündə bir, daha sonra da həftədə bir və daha tez aralıqlarla çəkəcəyik. Yəni XuralTV-nin məşqinə başladıq da demək olar…

İlk proqramı “Turan” agentliyinin direktoru Mehman Əliyevlə etdim. Əla proqram alındı. Mehman Əliyev medianın tənəzzülünün səbəblərindən, mətbuatın son durumundan, Mətbuat Şurası və KİVDF-nin yaradılması və fəaliyyətlərindən, Mətbuat Şurasından niyə çıxmasından, 140 illik media tədbirlərindən danışdı. Son olaylara münasibət bildirdi. Təltif məsələsinə toxundu. Hətta “Yeni Müsavat” qəzetinin baş redaktorunun əməkdar jurnalist adı almasına münasibət bildirdi.

Mehman Əliyev sərt və sərrast danışdı… Artıq yayına hazırıq…

Mətbuatı anma gününüz mübarək!

 xural.com

 

h g ff 9 5 4 3 2 0 1

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button