Ermənilər yenə də ABŞ Konqresində çıxış edəcək

mirzoyan.jpg

Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyan dekabrın 6-da ABŞ-a səfərə gedib.

strateq.az bildirir ki, səfər çərçivəsində Mirzoyan ABŞ Konqresində çıxış edəcək. Qeyd edək ki, ABŞ Konqresində “Artsaxın müstəqilliyi” ilə bağlı tədbir keçiriləcək. Mirzoyanın həmçinin bir sıra ABŞ konqresmenlərİ ilə görüşü planlaşdırılıb.  

Xatırladaq ki, ABŞ Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi üçün təşkil olunmuş ATƏT-in Minsk Qrupunun həmsədridir. Amerika bununla əlaqadar problemlə bağlı bitərəf mövqe nümayiş etdirməyə borcludur. Separatçı Mirzoyanın Konqresin tribunasına buraxılması isə ABŞ-ın vəd etdiyi ədalətli yanaşma və sülhməramlı missiya ilə üst-üstə düşmür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button