30 İyun bütün Azərbaycana yayılır!

Sevgililər Günündə «Universal Birlik» təşkilatı «Kapriz»də şənlik keçirəcək…

Biz Sevgililər Gününə hazırlaşarkən xoş xəbərlər almağa başladıq. Məlumatda deyilirdi ki, şəhərdə başqa yerlərdə də 30 İyun kütləvi qeyd olunacaq. Xəbərin izi ilə «Universal Birlik» təşkilatını tapdıq. Məlum oldu ki, bu təşkilat ötən ilin avqust ayında yaradılıb və bəzi sosial aktivitələri olub. Bu il təşkilat 30 İyun – Sevgililər Gününü qeyd etməyə qərar verib. Təşkilatın sədri Tamella xanım daha geniş məqsədləri olsa da, hələlik bununla kifayətləndiklərini dedi. Təşkilat İyunun 30-da, saat 17.30-dan 00.00-a qədər Təbriz küçəsində yerləşən «Kapriz» restoranında gənclər üçün şənlik və diskoteka təşkil edəcək. Bunun üçün sadəcə 20 AZN ödəyib bilet almaq lazımdır. Bunun müqabilində 2-ci mərtəbədə isveç masasında yemək-içmək, 3-cü mərtəbədə isə diskoteka olacaq.

Gənclərimizi təbrik edirik və ümid edirik ki, gün gələcək, bütün Azərbaycan 30 İyuna hazırlaşacaq. Bu il olduğu kimi…

XuralTAC

 

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (432), 26 iyun-2 iyul  2011-ci il

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button