30 iyun Sevgililər Günündə –Sevgililər Gəzintisi keçiriləcək

İyunun 30-da Şəhidlər Xiyabanının qarşısındakı meydandan Sevgililər Gəzintisi başlayacaq. 2003-cü ildən bəri iyunun 30-da Azərbaycanda Sevgililər Günü qeyd olunur. Hər il bu münasibətlə Sevgililər Şöləni və Sevgililər Gəzintisi keçirilir. “Bu il Sevgililər Şöləni edə bilmədik, amma qərarlaşdırdıq ki, Sevgililər Gəzintisi ənənəsini pozmayaq” – bunu strateq.az-a “30 İyun Sevgililər Günü” İB-nin sədri Əvəz Zeynallı bildirib. Onun dediyinə görə, gəzinti səhər saat 18.00-da Şəhidlər Xiyabanının qarşısındakı meydançadan başlayacaq.

30 İyun Sevgililər Günü 2003-cü ildən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı tərəfindən irəli sürülüb və ictimailəşib. Bu gün 20 Yanvar Şəhidləri İlhamla Fərizənin 1989-cu ilin iyunun 30-da keçirilən toy günlərinin tarixidir. Onlar cəmi 6 ay birlikdə yaşadılar və 20 yanvarda İlham, 22 yanvarda isə Fərizə şəhidlik zirvəsinə yüksəldilər.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button