30 yaşılı Jurnalistin özünə hesabatı-DƏRS

Gənc jurmalist İlqar Vəliyevin 30 yaşı tamam olur. İlqar özünün 30 illiyi münasibətilə facebook səhifəsində status yazıb, amma o qədər səmimi yazıb ki, diqqətimizi çəkdi və statusu köşə yazısına çevirib xural.com Oxucularına təqdim etməyə qərar verdik. Əslində, İlqar müstəqil olmaq və vicdanının səngərini dəyişməmək üçün hər şey edib. Jurnalistikaya hakimiyyətyönlülərin dünyasında gözünü dünyaya açsa da, ona indi səngərin hakimiyyət tərəfində olanları müəllimlik etsə də, o, indi müstəqillərin – sayı az, mahiyyəti böyük olanların sırasındadır. Qələm dostumuzu təbrik edirik. Qoy həmişə ürəyi və qələmi belə təmiz olsun!

İlqar Vəliyevin statusunu xural.com Oxucularına təqdim edirik. Bu, həm də yeni jurnalistikaya gələn həmkarlarımız üçün bir DƏRS mahiyyətindədir. Qoy, bu, onların ilk dərs saatı olsun:

“30 Yaşım olur. Kimə maraqlı ola bilər ki, bu? Sağ olun, təbrik edirsiniz, amma bu günün xüsusi önəmi yoxdur, elə mənimçün də. Guya jurnalistika ilə məşğulam. Bu ölkədə bu ixtisasın prestiji, bizə olan münasibət 189 taksi xidmətində press yazılan qədərdi. Amma qürurunu, şəxsiyyətini, prinsiplərini maddi nemətlər üçün xərcləyən “media kapitanları” ilə müqayisədə bu taksi sürücüsünün jurnalistika adından istifadəsi daha səmimidir. Mən isə fərd olaraq heç bir uğura nail olmamışam. Ən böyük uğurum vicdanlı, prinsipial şəxsiyyətlərlə tanışlığım olub.

Bir müddətdir ki, yeməyimə fikir verirəm, az yeməyə üstünlük verirəm. İki həftədən sonra marketə daxil oldum və nə istədiyimi unutdum. Cibimdə pul da var idi, istədiyimi ala bilərdim, amma mən heç nə istəmirdim. Həmin an ağlımdan keçdi ki, bu insanlar niyə vicdanı, etik normaları, jurnalistika prinsiplərini pula, var-dövlərə qurban verirlər? Bunda bir az da ailəmə, atama borcluyam. Atam bu yaxınlarda təklikdə dedi ki, oğul, sən bilmirsən, sənə görə mənə nə qədər söz gəldi, haralardan zəng oldu. Amma onlara dedim ki, bu, onun mövqeyidir, özü bilər, bu həyatı özü seçib, məsuliyyəti də özü daşıyacaq. Bunu indi sənə deyirəm, sadəcə, bil ki, düşündüyün kimi rahat həyatın yoxdur, eləcə də mənim.

ilqar atasi ile

Hakimiyyət saytlarında çalışmışam, mənə dəstək verən, bu sahəni öyrədən qələm əhli çox olub – Pərviz Cəbrayıl, Anar Niftəliyev müəllimlik ediblər. Aynur Camalqızı, Anar Yusifoğlu, Vüsalə Mahirqızı da dəstək olublar. Sadəcə, bir mərhələ var ki, yanlış yolda olduğunu anlayırsan və bu, səni onlardan uzaqlaşdırır. Mən də indi maddi olaraq daha az qazanmağıma baxmayaraq onlardan ayrılmağı seçdim.

Elchin Jalilovu, Ramin Deko, Naile Adilqızı, Sevinc Vaqifqizi isə məni qazandırıblar. Əsgərlikdən sonra hərbi istirahət evində mühafizəçi işləməyimə baxmayaraq Elçin təkidlə jurnalistikaya gəlməyimi istəyirdi, çünki qrup yoldaşıydıq, ixtisasımızı da elə yazmaq idi. İdman jurnalistikasında ən məşhur simalarla tanış edirdi, tv-də həsəd apardığım fərdlərlə görüşdürürdü və mənə şüuraltı yeridirdi ki, sən daha üstün, potensiallısan – özünə güvən. Nail Zeynalovla dostluğumu o səbəb olub. Naile də əli çatdığı hər yerə məni məsləhət bilirdi, Sevinc əlimdən tutub kəndlərə aparıb, reportaj yazmağı öyrədirdi. Samira Ahmedbeyli isə ən çətin zamanlarda mənə mənəvi dayaq olub. Bir də Gunel Aliyeva var ki, pedoqoq kimi məni qəlibə otuzdurub.

Minnətdaram. Sizə çox borcluyam.”

xural.com olaraq İlqar Vəliyevin 30 illiyini təbrik edir, ona ciddi yaradıcılıq uğurları arzulayırıq.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button