30 yaşlı gənc hər iki qolundan məhrum oldu

Seyfəli Su Anbarı bir gənci bədbəxt etdi

Şəmkir rayonu, Kür qəsəbəsinin sakini, 1981-ci il təvəllüdlü Mehdiyev Həsən Şəmkir çayı üzərində inşa edilən Seyfəli Su anbarında aparılan tikinti-qazma işləri zamanı qəzaya uğrayıb. Təhlükəsizlik şərtlərinə əməl olunmadığından, pencəyi qazma qurğusunun dişlərinə ilişən Həsən Mehdiyev sağ qolunun iti dişlərin arasında qalaraq kəsiləcəyini görüb, sol qolu ilə sağ qolunu xilas etməyə çalışıb. İti sürətlə hərəkət edən fırlanma qazma qurğusunun dişləri Həsən Mehdiyevin hər iki qolunu çiyin nahiyəsindən kəsərək qoparıb. Gəncə şəhər 3 saylı xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə ağır vəziyyətdə çatdırılan fəhlə əməliyyat olunduqdan sonra reanimasiyada saxlanılır. Həsən Mehdiyevin yaxınlarının verdiyi məlumata görə, Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin xəttilə salınan su anbarının tikintisi zamanı heç bir təhlükəsizlik qaydalarına əməl olunmur, fəhlələrin təhlükəsizliyi üçün heç bir tədbir həyata keçirilmir. İş saatından artıq müddətdə, fasiləsiz çalışan fəhlələr ağır iş şəraitinin olmasına baxmayaraq, dövlət tərəfindən heç bir sığorta ilə təmin olunmurlar. Hətta işə qəbul olunan zaman onlarla əmək müqaviləsinin bağlanması haqda ASC rəhbərliyi düşünmək belə istəmir. O baxımdan, Həsən Mehdiyevin iş yerində zərərçəkmiş kimi ASC tərəfindən hansısa imtiyazlar alacağı da absurddur.

Digər tərəfdən, ağır vəziyyətdə xəstəzxanaya yetişdirilən 30 yaşlı gəncin yaxınları bütün xəstəxana məsrəflərini də özləri çəkmiş olublar.

Xural TAC

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button