Son 2 ayda Gürcüstana 113 mindən çox Azərbaycan vətəndaşı gedib

gurcustan

Cari ilin yanvar–fevral aylarında 113,8 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,9 faiz çoxdur.

Azertag.az Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bu göstərici ilə Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xarici ölkə vətəndaşları sırasında birinci yerdədir. İkinci yerdə isə Türkiyə vətəndaşları durur. İki ayda Gürcüstana 92 min Türkiyə vətəndaşı gəlib.

Ümumiyyətlə, bu ilin yanvar-fevral aylarında Gürcüstana 683,5 min xarici ölkə vətəndaşı gəlib. Bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz çoxdur.

Ölkəyə gələnlərin 360,4 mini turistlər olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button