36 yaşlı Beyləqan sakini qətlə yetirildi

5630.07.2013

Bakının Nizami rayonu ərazisində qətl olub. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, gecə saatlarında Qara Qarayev prospektində 36 yaşlı Beyləqan sakini Fazil Qasımov qətlə yetirilib. Onu küçənin ortasında iki bıçaq zərbəsi ilə öldürüblər. 

 Qətli törədən şəxs isə qısa zamanda həbs edilib. Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən 38 yaşlı Elnur Məmmədovu tutaraq istintaqa təhvil veriblər.

Qətlin motivi hələlik açıqlanmasa da, qətlə yetirilən şəxslə Elnurun dava etdiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button