37 zərərçəkənin “Quest Net”lə məhkəməsi başladı

questnetBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən vətəndaşı “Quest Net” şirkətinin əməkdaşları Müşfiq Kazımov, Rasim Qəhrəmanov, Emin Məmmədov, Elşad Muradov və Ceyhun İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib. Prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər. Onların arasında tanınmış simalar da var.

Zərərçəkmiş qismində dindirilən xalq artisti Tariyel Qasımov təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını, ona dəymiş ziyanın ödənildiyini, növbəti məhkəmə proseslərində iştirak etmək istəmədiyini dedi.

Digər zərərçəkmişlər – fotomüxbir Rahim Qədimov, Bikə İsmayılova və Mərcan Camalov da şirkətdən şikayətçi olmadıqlarını bildirdilər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddəsi ilə ittiham edilirlər. Onlar bir qrup vətəndaşı “Quest Net” şirkətinə cəlb ediblər.

Cinayət işi üzrə 37 nəfər zərərçəkən var. Ümumilikdə zərərçəkənlərə 83 min manat ziyan dəyib, dəymiş ziyan ödənilib.

Qeyd edək ki, bir neçə il əvvəl də “QuestNET” şirkətinin məsul əməkdaşları barəsində dələduzluq faktı ilə bağlı cinayət işi başlanmışdı.

Onu da bildirək ki, adıçəkilən şirkətin 14 nəfər əməkdaşının cinayət işi üzrə məhkəmə istintaqı hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilir.

Nəhkəmə prosesi mayın 14-də davam etdiriləcək.

İnarə Rafiqqızı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button