“4 aydır maaş verilmir, bu miskin, müflis şirkətdən qaçmaq lazımdır”

Azərbaycanlı oliqarx Mübariz Mənsimovun biznes imperiyasının çökdüyünə dair daha bir məlumat Rusiyanın dənizçilik forumlarından birində yer alıb. Virtualaz.org xəbər verir ki, morehod.ru forumunda “Voljanin58” adlı istifadəçi yazır: “Palmali”də artıq 4 aydır maaş verilmir. “Palmali”yə işləməyə getməyin, bu miskin, müflis şirkətdən qaçmaq lazımdır”.

Ehtimal ki, söhbət “Palmali”nin Rostovdakı “Palmali” MMC adlı törəmə şirkətinin işçisindən gedir. Rusiyanın hüquq-mühafizə orqanları bu şirkətin iri məbləğdə vergidən yayınması faktı üzrə araşdırmalar aparır.

Xatırladaq ki, bundan əvvəl “Lukoil” şirkətinin prezideni Vahid Ələkbərov da “Palmali” şirkətinin müflisləşmə ərəfəsində olduğunu açıqlamışdı. “Palmali”nin sahibi Mübariz Mənsimov “Lukoil”un neft treydinqi ilə məşğul olan törəmə şirkəti “Litasco”ya qarşı 2 milyard dollarlıq məhkəmə iddiası qaldırıb. Mənsimov iddia edir ki, “Litasco” onun şirkəti ilə neft daşımalarına dair imzalanmış müqavilənin şərtlərini pozub. V.Ələkbərov isə bunu diqqəti “Palmali”nin batmasından yayındırmaq cəhdi adlandırmışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button