41 il yaşamış dahinin fikirləri

Frans Kafka01.05.2015

Cəmi 41 il ömür sürmüş, ölümündən sonra bütün əsərlərini son nüsxəyəcən tapıb yandırmağı dostlarından xahiş etmiş, qeyri-adi düşüncə tərzi, bənzərsiz əsərləri, son dərəcə özünəməxsus yaradıcılıq mövqeyinə malik olan Frans Kafka. Dünya ədəbiyyatının korifeylərindən sayılan Avstriya yazıçısının maraqlı fikirlərini təqdim edirik: 

 – Azadlıq ən yüksək duyğulara aid edildiyindən, azadlıq haqqında yalan da yüksək hesab olunur.
– Biz özümüzdə olan işgüzar fərasəti və bic yumoru daha çox qiymətləndiririk.
– İlk təəssürat keçicidir.
– Camaat heç kəsə qeydi-şərtsiz sədaqətli deyil.
– Gülüş arzu olunan qonağımızdır.
– Çox az adam dilini dinc qoya bilir.
– Gənclik hər şeyə yaxşı nəzərlə baxır.
– Əfsanələr izahedilməzi izah etmək üçündür.
– Gənclik hər zaman xoşbəxtdir, çünki gözəlliyi duymaq bacarığındadır. Bu bacarığın tükəndiyi yerdə ümidsiz qocalıq və bədbəxtlik başlanır.
– Gözəlliyi görmək və duymaq bacarığım qoruyub saxlayanlar heç zaman qocalmırlar.
– Poeziya həyatı bəzəyir, başqa cildə salır…
– Qələm yazıçının aləti yox, bədəninin bir üzvüdür.
– Əsl sənət xalis güzgüdür, ancaq о hərdən saat kimi qabağa qaçır.
– Sənət — yalnız həqiqət arxasınca yol gedən bir ekspedisiyadır.
– Həqiqət hər kəsə yaşamaq üçün gərəkdir və onu kimdənsə almaq, nə yollasa ƏLDƏ etmək mümkün de­yil. Həqiqəti hər kəs fasiləsiz olaraq özü öz içindən yaratmalıdır, əks təqdirdə, insan məhv olar.
Həyat həqiqətsiz mümkün deyil. Bəlkə də həqiqət elə həyatın özüdür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button