Trampı kimlər seçdi?

Qubad İbadoğlu

İqtisadi Tədqiqatlar Mərkəzinin və ADR Hərəkatının sədri

ABŞ-da prezident seçkilərinin nəticələrinin ilkin təhlili göstərdi ki:
– demokratik və azad seçkidə əvvəlcədən proqnoz etmək asan deyil.
– dünyanın heç bir ölkəsində ədalətli seçki keçirmək mümkün deyil.
– seçki kampaniyasında büdcənin böyüklüyü siyasətdə uduş üçün başlıca faktor sayıla bilməz. Belə ki, bu seçki kampaniyasında Klintonun topladığı büdcə 516 milyon dollar, Trampın 205,8 milyon dollar olub. Klintonun seçki kampaniyasına Buffet, Soros kimi maliyyə oliqarxları, Səudiyyə Ərəbistanı, Qatar kimi zəngin ölkələr pul ayırıb. Amma Donald Trampın kampaniyasında əsas maliyyə mənbələri şəxsi vəsaitlər və sıravi vətəndaşların ianələri olub. Onun kampaniyasına bir ianəçinin xərclədiyi vəsaitin orta məbləği 61 dollar olub. Buna baxmayaraq, “Wall Street”, iri banklarin, nüfuzlu medianin, zəngin ölkələrin Hillari Klintona səxavətlə pul xərcləsələr də onu prezident edə bilmədilər.
– demokratik seçkidə xalqın seçimi qarşısında nə maliyyə və nə də media hakimiyyəti duruş gətirə bilmir. Baxmayaraq ki, nüfuzulu media orqanları “CNN”, “BBC”, “New York Times” Donald Trampın əleyhinə təbliğat aparsa da onu məğlub edə bilmədilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button