VCMK hakimiyyətə səsləndi

27 fevral 2017-ci ildə Vətəndaş Cəmiyyətinin Müdafiəsi Komitəsinin (VCMK) növbəti iclası keçirilib. Toplantıda vətəndaş cəmiyyətinin son durumu geniş müzakirə olunub, ali idarəçilik sistemində baş verən dəyişikliyə münasibət bildirilib. Eyni zamanda son günlər Qarabağda atəşkəs rejiminin ermənilər tərəfindən müntəzəm pozulmasından narahatçılıq ifadə olunub, fevralın 24-25-nə keçən gecə həlak olan azərbaycanlı hərbi qulluqçularının xatirəsi yad edilib. İclasın gedişində həmçinin Ermənistanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MSŞT) üzvlüyü, artan repressiyalar və təzyiqlər də müzakiə predmeti olub.
VCMK Azərbaycan Respublikası prezidentinin 21 fevral 2017-ci il sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycan Respublikasının 1-ci vitse-prezident təyinatını xalqla məsləhətləşmədən həyata keçirildiyinə anti-demokratik, dövlətin təhlükəsizliyinə risk və nepotizm kimi qiymətləndiirlib. VCMK həmçinin Qarabağda son döyüşlərə dair hərbi və dövlət sirri hesab edilməyən məlumatların daha operativ tərzdə və dürüst olaraq yayılmasını məqsədəmüvafiq hesab edib. Bununla yanaşı, VCMK bəyan edir ki, Ermənistanın MSŞT-yə üzvlüyü şərtlə həyata keçirilməli, ermənilər işğal altında olan Azərbaycan ərazisində istismar etdikləri mədən sənayesindən əldə etdikləri gəlirlərin MSŞT hesabatlarına daxil edilməsinə dair öhdəlik götürməlidirlər.
Yekunda VCMK hakimiyyəti sosial şəbəkələrdə fəallara qarşı təqiblərə və qanunsuz məhkəmə hökmələrinə son qoymağa çağırıb.

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button