Fikrət Fərəməzoğlunun 41 yaşı qeyd olundu

Bu gün tanınmış jurnalist, siyasi məhbus Fikrət Fərəməzoğlunun 41 yaşı münasibəti ilə bağlı doğum günü tədbiri keçirilib. Tədbirdə media nümayəndələri, hüquq müdafiəçiləri, siyasi partiya funksionerləri, QHT təmsilçiləri iştirak edib. Tədbiri giriş sözü ilə hüquq müdafiəçisi, jurnalist Əvəz Zeynallı açıb. O, Fikrət Fərəməzoğlunun jurnalist fəaliyyətindən, həbsindən qısa danışıb. Tədbirdə Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə Nosrəti danışıb. O bildirib ki, artıq iki ildir ki, Fikrət Fərəməzoğlu doğum gününü həbsxanada qeyd edir. O, qeyd edib ki, ümid edirəm ki, növbəti ad gününü Fikrət Fərəməzoğlu evində qeyd edəcək.
Danışanlar arasında Hüquq Müdafiəçilərindən Oktay Gülaliyev Fikrət Fərəməzoğlunun həbsinin siyasi sifariş olduğunun bildirib. Onun həbsində yetərincə qanun pozuntularının olduğunu bildirib. Sonda Oktay Gülaliyev Fikrət Fərəməzoğlunu doğum günü münasibəti ilə təbrik edib. Hüquq Müdafiəçisi Taleh Xasməmmədov, Ümid partiyasının sədir müavini Elman Abbasov, Azad Azərbaycan təşkilatının sədri Ağaşirin Tarverdioğlu, Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən Nemət Pənahlı, siyasi fəal Jalə Cəfərova, siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhməd, Hüquq Müdafiəçisi Mübariz Məsimoğlu,  Müsavat partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Müsavat Partiyası Səbail təşkilatının sədr müavini İlkin Bayram, jurnalist-yazar Şəmşad Ağa və digərləri Fikrət Fərəməzoğlunun həbsindən danışıb, təbirklərini bildiriblər.














Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button