Əli Həsənov Brüsseldə Aİ-ni separatçlığa qarşı sərt mövqe tutmağa çağırdı

“Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq Forum keçirilir. Mərasimdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. 

Ə.Həsənov bildirdi ki, bugünkü forum müasir dünyanı narahat edən çox aktual bir mövzuya həsr olunub. Azərbaycan hökuməti adından mövzu ilə bağlı fikirlərini bölüşmək istədiyini deyən PA rəsmisinin sözlərinə görə, Avropa Birliyi, Şimali Afrika, Orta Şərq və Cənubi-Şərqi Avropa ölkələrini birləşdirən Aralıq dənizi hövzəsində beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyllərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakrələrin aparılması mühüm əhəmiyyət daşıyır. Etnik separatizm nəticəsində yaranan münqaişələrin 20-dən çoxunun hərbi toqquşmalarla müşahidə olunduğunu vurğulayan Ə.Həsənov bununla bağlı nümunələri də sadaladı: “Etnik münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Avropada Böyük Briyaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya, Fransa ilə Paris aqlomerariyası və Korsika, İspaniya lbasklar və Kataloniya, Serbiya ilə Kosova. Asiyada İsraillə Fələsin. Çində Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya ilə etnik münaqişələr uzun illərdir bəşıriyyəti təhdid etməkdədir. Soyuq müharibələrin başa çatmasından sonra SSRİ məkanında etnik separatizm meyllərinin yeni dalğası meydana gəlməkdədir. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensilal təhlükə mənbəyinə çevrildi. Bu münaqişələr beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxardıı. Bu gün BMT, ATƏT və AŞ kimi nüfuzlu təşkilatların beynəlxalıq separatizmə qarşı qətiyyətli mübarizə aparması vacib məsələlərdən biri hesab olunur”.

Ə.Həsənov bildirdi ki, mübarizə aparılmadığı halda, etnik separatizm mənfi tendensiya kimi dünya ərazisinin böyük bir qismini millətlərarası münaqişələr meydanına çevirəcək. Onun sözlərinə görə, təəssüf ki, beynəlxalq münasibətlər zəminində hökm sürən ikili standartlar etnik separatçılığa qarşı qətiyyətli və prinsipial mübarizə aparmağa maneçilik törədir: “Bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etməmələri məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və AŞ kimi təşkilatların obyektivliyinə və prinsipiallığına kölgə salır. Buna görə də həmin qurumlar ikili standartlar mövqeyindən əl çəkməli və etnik münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün öz səylərini artırmalıdır. Hazırda dini, irqi və milli dözümsüzlük və dağıdıcısı separatizm kimi hallar insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur edir”.

PA rəsmisi eyni zamanda vurğuladı ki, bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinə məruz qalmış Azərbaycanda daha yaxından anlayır. Çıxışçının bildirdiyinə görə, hələ 1918-ci ildə Az Xalq Cümhuriyyəti özünün dövlət müstəqilliyini elan etdiyi zaman erməni separatizmi ilə üz-üzə qaldı: “Keçmiş SSRİ dövründə ermənilərin Azərbaycana qarşı separatçı hərəkətləri fəal fazadan nisbətən közərən münaqişə fazasına keçdi. Amma SSRİ-nin süqutundan sonra Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək etnik separatizm və işqalçılıq siyasəti həyata keçirməyə başladı. Erməni silahlı qüvvələri 1992-ci ilin fevralında Xocalı şəhərinin Azərbaycanlı əhalisinə qarşı misli görünməmiş soyqırım törətdi. Ermənilərin etnik separatizmi və ərazi iddiaları əsasında meydana gəlmiş Dağliq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Erməni separatçılarının Ermənistan dəstəyi ilə Azərbaycan ərazisində yaratdığı qondarma, “Dağlıq Qarabağ” rejiminin fəaliyyəti beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Təəssüf ki, bu məsələyə münasibətdə BMT başda olmaqla beynəlxalq hüquq prinsipləri təmin etmək missiyası yerinə yetirdiyini iddia edən təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri seyrçi mövqe tutmaqda davam edir”.

Ə.Həsənov qeyd etdi ki, Azərbaycanın mövqeyinə görə, bir dövlətin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir. Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdarlıq edərək, qəti şəkildə praktik addımlar atmağa və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır: “Hesab edirəm ki, təcavüzkarların qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönədlilmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası daha da genişlənəcək ki, bu da dünya nizami üçün böyük təhdid deməkdir. Millətçilik və etnomədəni terrorizmlə bağlı məsələlər dini inancların, milli mədəniyyətlərin yanaşı yaşaması və etnik müxtəlifliyin təmin olunmasının perspektivləri haqqında daha ərtraflı fikirləşməyi tələb edir. Təəssüf ki, bu məsələyə münasibətdə bəzən xoşagəlməz yanaşmalar da özünü göstərir. Hesab olunur ki, guya mədəniyyətlərarası dialoq və yaxud etnik müxtəliflik milli kimliyə xələl gətirən dağıdıcı proseslərə səbəb ola bilər, etnik qruplar və miqrantlar isə məskunlaşdıqları ölkələrdə ictimai-siyasi və kulturoloji xarakterli problemlər yaradır. Təbii ki, bu cür mövqe ilə razılaşmaq mümkün deyil. Çünki bəşəriyyətin mütərəqqi inkişafını sivilizasiyalararası dialoqsuz və etnik müxtəliflik olmadan təsəvvür etmək çox çətindir”.

Çıxışçı eyni zamanda qeyd etdi ki, həm sivil dünyada, həm də onun bir parçası olan Azərbaycanda bu gün mədəniyyətlərarası dialoq və etnik müxtəliflik cəmiyyətin sabit və dayanıqlı inkişafını təmin edən mühüm şərtlərdən biri kimi qiymətləndirilir: “Mənim ölkəm 1993-cü ildən etibarən Avropa İttifaqı ilə münasibətlərdə maraqlı olduğunu bəyan etmiş və bu qurumla müxtəlif sahələrdə əlaqə qurmağa başlamışdır. “Qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində, o cümlədən vətəndaş cəmiyyəti quruculuğu prosesindəı Azərbaycanın gördüyü işlər Aİ tərəfindən yüksək qiymətləndirilib. Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsinin regional təhlükəsizliyi ilə bağlı Azərbaycan Aİ-nin geosiyasi maraqları üst-üstə düşür və bu qurumu təmsil edən böyuük transmilli korporasiyalar bölgədə həyata keçirilən transmilli layihələrdə yaxından iştirak edirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən, Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli enerji-nəqliyyat layihələrini həyata keçirilməsi Azərbaycanla Aİ arasında strateji tərəfdaşlığın sayəsində mümkün olub. Azərbaycanın Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində apardığı siyasət, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulması Aİ tərəfindən dəstəklənir”.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan yalnız Aİ-nin enerji təminatı və təhlükəsizliyi baxımından, habelə Qonşuluq siyasətinin əsas tərəfdaşlarından biri kimi deyil, həmçinin dünyanın müxtəlif bölgələrində – Əfqanıstanda, İraqda, Balkanlarda və s. həyata keçirdiyi sülhyaratma prosesılərində birbaşa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması istiqamətində fəaliyyəti ilə Qərbin etibarlı tərəfdaşı hesab olunur: “Hazırda Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesi davam edir. İnanıram ki, bu sənədin imzalanması, tərəflər arasnda siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaqdır.

Təəssüf i, Ermənistan-Azərbaycan, Dağlıq Qarabvaöğ münaqişəsi kimi hələ də həllini tapmamış problemlər Azərbaycanın Aİ ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə maneçilik törədir. Münaqişə ilə bağlı BMT-in, o cümlədən Aİ-nin müvafiq qətnaməsilərinin tələblərinə baxmayaraq, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. Hesab edirəm ki, Aİ-nin işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi bu qurumla Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm faktorlardan biri ola bilər”.

Ə.Həsənov çıxışının sonunda onu da bildirdi ki, milli-etnik qarşıdurmaların, dini dözümsüzlüyün, qaçqın və miqrant problemlərinin aradan qaldırılması, insanların sivil birgəyaşayış şəraitində yaşaması üçün mədəniyyətlərarası dialoqun və etnik müxtəlifliyin imkanlarından istifadə etmək zəruridir: “Bununla yanaşı, daim nəzərə alınmalıdır ki, bəşəriyyəti narahat edən qlobal problemlərin həllində ən mühüm vasitələrdən biri də dövlətlərarası siyasi, sosial-iqtisadi, mədəni və elmi-texnoloji qarşılıqlı əlaqələrin möhkəmləndirilməsidir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button