İsa Qəmbər xəstəxanadan çıxdı

Mİlli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananı tərk edib.
Xural.com xəbər verir ki, O, özünün facebook səhifəsində həkimlərlə birlikdə çəkdirdiyi şəkli paylaşıb və aşağıdakı şərhi yazıb:

“Mərkəzi Klinikadan ayrıldıq. Firdövsi həkim başda olmaqla peşəkar, qayğıkeş həkim heyəti və bütün personala təşəkkürlər!
p.s. Aida xanım bu gözəl xanımlarla foto çəkdirməyimə icazə verdi:)”

Qeyd edək ki yanvarın 13-də İsa Qəmbər səhhətində narahatlıq hiss edib. Bununla əlaqədar İsa Qəmbər Mərkəzi Klinik Xəstəxanada tibbi müayinədən keçib, ürək-damar sistemi fəaliyyətinin gücləndirilməsi üçün tibbi prosedurlardan keçib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button