57 yaşlı məhkum qadın örpəyilə özünü asdı

turme
Azərbaycanda məhkum qadın intihar edib.

Hüquq-mühafizə orqanlarından apa.az-a verilən məlumata görə,  Ədliyyə Nazirliyi Penitensiar xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan Zaqatala rayon sakini, 1959-cu il təvəllüdlü Məryəm Əyyub qızı Murtuzova martın 25-də örpəklə özünü asaraq, intihar edib.

Onun 2015-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq, 6 il 5 ay müddətinə həbs cəzasına məhkum edildiyi bildirilir.

Faktla bağlı Şəki rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button