60 min vəkil İntiqam Əliyevə azadlıq tələb edir

Fransanın 60 min vəkili sıralarında birləşdirən Milli Vəkillər Şurası İntiqam Əliyevə tam dəstəyini bildirərək onun azad olunmasını tələb edən bəyanatla çıxış edib. Milli Vəkillər Şurası Azərbaycan hakimiyyətini İntiqam Əliyevi dərhal azad etməyə, fundamental insan hüquq və azadlıqlarını, o cümlədən, təqsirsizlik prezumpsiyasını və ədalətli məhkəmə araşdırmasını təmin etməyə çağırıb.

Bəyanatda bildirilir ki, İntiqam Əliyevin həbsi Azərbaycan hakimiyyətinin müxalifətçilərə və hüquq müdafiəçilərinə qarşı uzun müddət ərzində apardığı repressiya siyasətinin tərkib hissəsidir.Ötən ilin iyul və avqust aylarında bütün dünyada hüquq müdafiəçisi kimi tanınan Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus həbs edilib. Bakıda Avropa Oyunlarını keçirməyə hazırlaşan Azərbaycan hökuməti vətəndaş cəmiyyətinə ötən müddətdə təzyiqləri daha da gücləndirib. Son bir il ərzində azı 35 nəfər müxalifətçi həbs edilib. İntiqam Əliyev hüquqları pozulmuş çoxlu sayda insanın prinsipial müdafiəçisi kimi tanınıb. Son illər ərzində İntiqam Əliyev iki yüzdən artıq məhkəmə işini Avropa İnsan Hüquqları məhkəməsinə çıxarmış şəxs kimi tanınır. Sağlamlığında ciddi problemlər olmasına baxmayaraq, o, yeddi il yarım müddətinə azadlıqdan məhrum edilib. Onun həbsxanada saxlandığı şərait Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə açıq-aşkar ziddir. Fransanın Milli Vəkillər Şurasının bütün üzvləri İntiqam Əliyevin həbsini pisləyir və bu hadisəni ədalət mühakiməsinin əsas prinsipərinin kobud pozulması kimi qiymətləndirir.
Bəyanat təşkilatın saytında yerləşdirilib.
azadlıq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button