650 qr-lıq körpə yaşadı – FOTO

 1 (3)ATU-nun Tədris Cərrahiyyə Klinikasında 650 qr ilə dünyaya gələn körpə yaşadılır

 ATU-nun Tədris Cərrahiyyə Klinikasında yeni bir uğura da imza atılır.

xural.com-a daxil olan məlumata görə, 23 həftəlik, 650 qr çəki ilə yenidoğulmuşun həyatda saxlanılması Azərbaycanda ilk dəfə olaraq ATU-nun Tədris Cərrahiyyə Klinikasında gerçəkləşdirildi.

Son bir ayda hər kəsin diqqəti bir ay öncə 23 həftəlik, 650qr çəki ilə dünyaya göz açan, həyatdan bərk-bərk yapışaraq Həyatda mən də varam” deyən Yusifin üzərindədir.  Belə ki, 19.06.2015 tarixində 23 həftəlik hamiləliklə körpəsini itirmə təhlükəsi ilə ümidsiz şəkildə hamilə qadın ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət etmişdir. Aparılan müayinələr zamanı dölyani mayenin tam axdığı aşkar edilmişdir. Bundan çıxış yolu isə ancaq hamiləliyin sona çatdırılması idi. Klinikanın həkim mama-ginekoloqu Dr. Abbasova Nigar və həkim-neonatoloqu Dr. Yaqubova Səadət xanimın apardığı müayinələr nəticəsində dölün həyat fəaliyyətinin davam etdiyi aşkar edilmiş və süni doğuş aparılmışdır. Həkimin sözlərinə görə yenidoğulmuşun çəkisi 650 qr, ümumi vəziyyəti kritik idi. Dərin morfofunksional  çatışmazlıq  fonunda uşaqda tənəffüs pozğunluğu əlaməti ön planda idi. Respirator distress sindromu müşahidə olunurdu. Bütün xəstəxana yaşama ehtimalı çox aşağı olan körpənin həyat mücadiləsində ona dəstək olaraq, klinikanın bütün imkanlarından istifadə edərək, onu həyatda  saxlamağa nail oldular.

Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubovanın rəhbərliyi ilə aparılan reanimasiya tədbirləri nəticəsində körpə artıq 33 gündür ki yaşayır. Vəziyyəti bu  müddət ərzində bir neçə dəfə kəskin pisləşsədə,  hal-hazirda qənaətbəxşdir.  İndi  Yusifin  çəkisi 1020 qr-ı keçmişdir. Ümid edirik ki,  balaca Yusifimiz  sağlam böyüyərək xalqına, vətəninə layiqli övlad olacaqdır.

xural.com

1 (3) SAMSUNG 1 (2)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button