7-ci Elat bayramını keçirən “Borçalı” Gürcüstanda qərəzli yazılarla qarşılandı

İclas 22.09.2015-1xural.com-a daxil olan məlumatda deyilir ki, “Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti toplantı keçirib.

Toplantıda sayca 7-ci “Borçalı Türklərinin Elat mədəniyyəti günü” tədbirinin nəticələri və ondan sonrakı durum, eynilə ilin sonuna qədər iş planı barədə fikir mübadiləsi aparıldı və müvafiq qərarlar qəbul olundu.

Toplantıda sayca 7-ci Elat bayramı ilə bağlı uzun müzakirələr oldu və nəhayət, bayramın təşkili və keçirilməsi bəzi çatışmazlıqların olmasına baxmayaraq, ümumilikdə qənaət-bəxş hesab olundu. Gürcüstanın Kvemo-Kartli qubernatoru Paata Xizanişvili və Dmanisi İcra Başçısı Gogita Barbakadzenin, eləcə də gürcü və azərbaycanlı rəqs qruplarının, idmançıların, musiqiçilərin və s. Elat bayramında iştirakı, xüsusilə qubernatorun açılış nitqi söyləməsi yüksək dəyərləndirildi. Qubernatora və tədbirin təşkilində əməyi keçənlərə təşəkkür məktubu göndərilməsi qərara alındı.

7-ci Elat bayramından sonra, avqustun 24-25-də Gürcüstanın “İmedi” TV və www.kvirispalitra.ge, www.newspress.ge, www.myvideo.ge/tv/imedihq saytlarında “Borçalı” Cəmiyyəti barədə gedən saxta reportaj və qərəzli yazılar müzakirə mövzusu oldu. Çıxışçılar qeyd etdilər ki, adıçəkilən mətbuat orqanları bu cür şantaj xarakterli reportaj və dezinformasiyanı yayınlamaqla əhalidə çaşqınlıq yaradır, eləcə də gürcü və azərbaycanlılar arasındakı etimad mühitini zədələyirlər. Toplantıda qərara alındı ki, həmin mətbuat orqanlarının sədrin və “Borçalı” Cəmiyyətinin əleyhinə yönəltdiyi qara piarlıq kompaniyası pislənilsin, bu hal iki xalq arasında etimad mühitini sarsıtma cəhdi kimi dəyərləndirilsin. Eyni zamanda bu məsələdə “Borçalı” Cəmiyyəti apardığı barış və sülh, dostluq və qardaşlıq xəttinə bilərəkdən kölgə salmaq məqsədinin olduğu qeyd edilsin. Həmin mətbu orqanlardan rəsmi təkzib tələb olunsun, “İmedi” TV-dən efir vaxtı istənilsin. Hesab edildi ki, bununla məsələyə aydınlıq gətirmək, eləcə də əhalidə “Borçalı” Cəmiyyəti barədə doğru fikrin formalaşmasına nail olmaq mümkündür.

Bundan başqa, toplantıda Zəlimxan Məmmədli və Salman Murğuzovun Gürcüstana giriş yasağının aradan qaldırılması tələbi ilə Gürcüstanın və Azərbaycanın müvafiq qurumlarına yenidən müraciət edilməsi, eyni zamanda Beynəlxalq təşkilatların diqqətinin bu problemə yönəldilməsi istiqamətində iş aparılması, həmçinin ABŞ, ATƏT, Avropa Şurası, Türkiyə, Gürcüstandakı  diplomatik korpuslara müraciət olunması da qərara alındı.

xural.com

İclas 22.09.2015-2

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button