85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat artacaq

Prezidentin yeni sərəncamı pensiyaçıların 92,2 faizinə şamil olunacaq
09.02.2012

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov prezident İlham Əliyevin pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında imzaladığı sərəncamı şərh edib: “Azərbaycanda 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir. Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır. Ötən 5 ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 5 sərəncam verilib”. S.Müslümov daha sonra deyib ki, Prezident İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 8 fevral 2012-ci il tarixli sərəncamına əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2011-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2012-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək. Bununla yanaşı, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 5,0 milyon manat, il ərzində isə 60,3 milyon manat əlavə vəsait tələb olunacaq və bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb.

“Bu artımın əvvəlki illərdə həyata keşirilən artımlardan fərqi daha böyük kontingenti əhatə etməsidir. Belə ki, ötən il həyata keçirilən islahat nəticəsində 2011-ci il il iyulun 1-nə qədər indeksləşmədən kənarda qalan, 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artmış, onların da pensiyasının sığorta hissəsi yaradılımışdır və hazırda pensiyaçıların 92,2 faizinin pensiyalarının sığorta hissəsi mövcuddur. Bu isə 2011-ci il və ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq hər il aparılacaq pensiyaların sığorta hissəsinin artırılması proseslərinin həmin pensiyaçılara şamil olunması deməkdir. Ümumilikdə isə artımlar fərqli olacaq. Yəni kimin əmək pensiyasının sığorta hissəsi daha yüksəkdirsə, onun pensiyasının artımı daha yüksək olacaq”-deyə Dövlət Sosial Müdafiə Fondunun sədri bildirib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button